Əhalinin siyahıya alınması zamanı fiziki şəxs mütləq vergi uçotunda olmalıdır

0

Şəxs əhalinin siyahıya alınması üçün Statistika idarəsinə müraciət edir. Statistika idarəsi hüquqi şəxs olduğundan və müraciətçi əhaliyə yox, hüquqi şəxsə xidmət göstərmək istədiyinə görə, onunla 300 manatlıq mülki müqavilə bağlanır. Burada əsas hissələrdən biri də əhaliyə yox qeyri əhaliyə yəni hüquqi şəxsə xidmətdir. Belə olan halda Vergi Məcəlləsinin 71.1.1 maddəsinə nəzər yetirmək lazımdı. Orada qeyd olunur: fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir.

Vergi Məcəlləsinin 218.5.10-cu maddəsinə əsasən 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz. Buna əsasən fərdi sahibkar kimi digər hüquqi şəxslərə xidmət göstərdiyinizi nəzərə alaraq sizin sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququ olmadığından 1 yanvar 2019-cu il tarixdən gəlir vergisinin ödəyicisi kimi fəaliyyət göstərməlidir. 

Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən 1 yanvar 2019-cu ildən mikro sahibkarlıq subyektlərinin gəlirlərinin 75 faizi gəlir vergisindən azaddır.

Misalda qeyd olunan 300 manat gəlir vergisinə cəlb olunur yəni 20 faizə. Amma digər hissədə 75 faiz vergidən azaddır. Yəni 300 * 20% = 60 manat.
60 * 75 = 45 manat
60 – 45 = 15 manat vergiyə cəlb olunur.
300 manatı 15 manatı vergiyə cəlb olunur.

İqtisadçı – ekspert Rauf Qarayev.