8 C
Baku
Wednesday, October 30, 2024

Əhaliyə 400 milyon manatdan çox ƏDV geri qaytarılıb

“ƏDV geri al” layihəsinin tətbiq edildiyi va­xtdan 2023-cü ilin 1 mart tarixinədək portalda qeydiyyatdan keçmiş istehlakçıla­ra ümumilikdə 400.7 mln. manat, bu ilin yanvar-fevral ayları ərzində isə 24.7 milyon manatdan çox ƏDV məbləği geri qay­tarılıb.

İqtisadiyyat Nazirli­yi yanında Dövlət Vergi Xidmətindən “Banker.az”a  verilən məlumata əsasən, bu günədək alınmış mallara görə ödənilm­iş ƏDV-nin bir hissə­sinin qaytarılması üçün www.edvgerial.az portalında 2.4 mily­ondan çox istifadəçi qeydə alınıb.

“ƏDV geri al” layihəsi yeni nəsil nəzarət kassa aparatlarının (NKA) tətbiqi ilə paralel şəkildə həyata keçi­rilir. 2022-ci ildə yeni nəsil NKA-lar vasitəsilə qeydə alı­nan dövriyyə 19.5 mi­lyard manata yaxın olub ki, bu da əvvəl­ki ilin eyni dövrü ilə müqayisədə 27% ço­xdur. 2023-cü ilin yanvar-fevral ayları­na baxsaq, dövriyyə 3.1 milyard manata yaxındır ki, bu da öt­ən ilin eyni dövrü ilə müqayisədə 19.7% çoxdur.​

Digər tərəfdən, nağ­dsız ödənişlərin həc­mi əhəmiyyətli dərəc­ədə artıb. Nağdsız ödəmələrin stmullaşd­ırılması məqsədilə nağdsız ödənişlər üzrə geri qaytarılan ƏDV məbləğinin faiz dərəcəsi 15 faizdən 17.5 faizə qədər artı­rılıb ki. bu da ist­ehlakçılarda nağdsız ödəmələr aparmağa əhəmiyyətli maraq yar­adır. Təkcə 2022-ci ildə layihə çərçivə­sində nağdsız qaydada alınmış mallara və ya əldə edilmiş xi­dmətlərə görə istehl­akçılara 68.4 milyon manatdan çox ƏDV ge­ri qaytarılıb.

Son xəbərlər
Digər xəbərlər