18 C
Baku
Thursday, April 25, 2024

Əhaliyə nağd dolların satış həcmi kəskin artıb

2018-ci ilin dekabr ayında Azərbaycanda bankları əhaliyə 410 890,1 min ABŞ dollarının xalis satışını həyata keçirib.

Azərbaycan Mərkəzi Bankın hesabatına istinadən, bu ötən ilin noyabr ayı ilə müqayisədə 357 368,7 min dollar və yaxud 7,7 dəfə çoxdur.

Hesabata əsasən dekabr ayında nağd dolların alqı-satqısı üzrə aparılmış əməliyyatların dəyəri 757 547,1 min dollar olub. Bunun 584 218,6 min dollarını satış, 173 328,5 min dollarını isə alış əməliyyatları əhatə edib. Bankların satışı əvvəlki ayla müqayisədə 367 854,9 min dollar və yaxud 2,7 dəfə, alışı isə 10 486,2 min dollar və yaxud 6,4% artıb.

Ümumilikdə, ötən il banklar əhaliyə 3 406 108,7 min dollar nağd satış, əhalidən isə 2 037 197,2 min dollar nağd alış həyata keçirib. Satışda 1 646 373,6 min dollar və yaxud 93,6% (1,9 dəfə), alış isə 304 006,4 min dollar və yaxud 17,5% artıb.

©Report

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər