14 C
Baku
Şənbə, May 21, 2022

Əhaliyə ödənilən pensiya və müavinətlərin məbləği açıqlanıb

2022-ci ilin yanvar-mart aylarında əhaliyə 1 mlrd. 613 mln. manatlıq  pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı ödənilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 5.9% və ya 89.7 mln. manat çoxdur.

Banker.az bu barədə Dövlət Sosial Müdafiə Fonduna istinadən xəbər verir.

Xatırladaq ki, bu ilin əvvəlindən əmək haqqı, pensiya və müavinətlərin, təqaüdlərin növbəti dəfə artırılması təmin edilib.

Fondun məlumatına görə, bu artımlar üçün illik əlavə 2.1 mlrd. manat vəsait ayrılıb, artımların şamil olunduğu şəxslərin sayı isə 3.4 mln. nəfərdir.

 

Son xəbərlər
Oxşar xəbərlər