Əhval-ruhiyyəni qaldırmağın 10 üsulu

1. Həmişə yaxşı əhval-ruhiyyədə olmaq üçün özünüzü idarə etməyi bacarın. Hər boş şeydən ötrü inciməyin, sizə yaxın olan insanlarla mübahisə etməməyə çalışın, onları bağışlayın. Bağışlayaraq, ilk növbədə sizi daxilən məhv edən qəzəb və qisas hissindən azad olacaqsınız. 

2. Həyata yumor hissi ilə yanaşmağa çalışın. Əgər hətta sizi tənqid ediblər və ya siz mürəkkəb situasiyaya düşmüsünüzsə belə, həmişə gülün və öz-özünüzə deyin: “Bu da gəlib keçər!”. Kim ki səmimi qəlbdən inanırsa, onda bütün pis şeylər keçib gedir.

3. Bütün dünyadan inciyərək evdə oturmayın! Şübhələnməyə bilərsiniz: küçədə, dost və yaxınlarınızın əhatəsində əhval-ruhiyyə heç vaxt pis olmur. Bu sübut olunub!

4. Həyatınıza yenilik qatın. Psixoloqlar vaxtaşırı olaraq davamlı vərdişləri dəyişməyi məsləhət görür – məsələn, yeni hobbi tapın və ya geyim tərzinizi dəyişin.

5. Rahatlanmağı öyrənin. Hansısa darıxdırıcı işi yerinə yetirdiyiniz zaman xoş bir şey haqqında fikirləşin. Məsələn, dost və ya sevgiliniz ilə baş tutacaq görüş haqqında.

6. Üzgüçülük ilə məşğul olun. Su tonus və əhvalı qaldıraraq, vücudun istirahət etməsinə və rahatlanmasına kömək edir. Bundan əlavə, digər idman növlərindən fərqli olaraq, üzmə zamanı bədbəxt hadisə və travma almaq ehtimalı minimaldır.

7. Dayanın və geriyə dönüb baxın… Bəzən insanlar doğru yolda olub-olmadıqlarını fikirləşməyə vaxt tapmadıqları üçün çətin vəziyyətə düşürlər. Evdə müntəzəm olaraq təmizlik apardığınız kimi, vaxtlı-vaxtında fikir, məqsəd, münasibətlərinizə də əl gəzdirin.

8. Həyatı daha da mürəkkəb etməyin, ona sadə yanaşmağa çalışın. Fədakarlığı həmişə edə bilərsiniz, lakin bu heç də həmişə lazım olmaya bilər. Hazırda gördüyünüz işin üzərində diqqətinizi toplamağa çalışın.

9. Perspektivlər haqqında düşünün. Həyat özü hərəkətdir və sizin bu gün “faciə” kimi qiymətləndirdiyiniz şey ola bilər ki, sabah sizdə gülüş oyatsın.

10. Pis şeyləri unudun. Əgər sizin özünüzə hayıfınız gəlir və yataqda uzanmaq istəyirsinizsə, onda bu arzudan uzaq olsanız yaxşıdır. “Hərəkətə keçin – sizin emosiyalarınız da daha mütəhərrik olacaq, – psixoloq Merion Dilvort hesab edir. – Filmə baxın, təmizlik aparın…


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.