17 C
Baku
Çərşənbə, Sentyabr 29, 2021

Əks göstəriş sertifikatının cavablarının gecikmə səbəbi açıqlandı

Screen Shot 2021 09 02 at 14.34.20

Əks göstəriş sertifikatının cavabların gecikmə səbəbi açıqlanıb.

Banker.az xəbər verir ki, bu barədə sualları Səhiyyə Nazirliyinin nümayəndələri cavablandırıblar.

Bildirilib ki, Əks göstəriş sertifikatının verilməsi ilə bağlı tibb müəssisələrindən müraciətlərin say çoxluğu, əsassız müraciətlər və göndərilən sənədlərin bəzən düzgün doldurulmaması müəyyən gecikmələrə səbəb olur.

Qeyd edim ki, Bakı şəhərində iki komissiya fəaliyyət göstərir və hər komissiya həftədə 3 gün sənədləri qəbul edir. Bu komissiyaların hərəsinə təxminən 20-30 müəssisə təqdim edir. Sənədlər hər dəfə təqdim olunanda protokolda 70-90 insanın müraciəti olur. Məsələn, dünən sənədlərin qəbul günü idi və saat 12:00-dan 15:00-dək biz 6 müəssisədən 18 protokol qəbul etdik. Bu protokollarda 473 insanın sənədi var idi. Bu gün 15:00-dan 19:00-dək komissiya bu 473 insanın sənədini baxaraq, araşdırıb və uyğun olub-olmaması barədə qərar verəcək. Vətəndaşların narazılığını anlayırıq, lakin göndərilən müraciətlərin komisiya tərəfindən araşdırılması müəyyən qədər vaxt aparır.

Screen Shot 2021 09 23 at 11.36.43
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər