23 C
Baku
Tuesday, April 23, 2024

Ələtdəki limanda bu əməliyyatlar dayandırılıb

“Ələt qəsəbəsində yerləşən yeni Bakı limanında və Bakı şəhərində yerləşən Əsas yük terminalında yükqaldırma əməliyyatları müvəqqəti olaraq dayandırılıb”.

Banker.az xəbər verir ki, bu barədə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC məlumat yayıb.

Məlumatda bildirilir ki, Bakıda və Abşeron yarımadasında havanın kəskin dəyişməsi ilə əlaqədar Ələt qəsəbəsində yerləşən yeni Bakı limanında hazırda saniyədə 22-25 metr, Bakı şəhərində yerləşən Əsas yük terminalında isə saniyədə 17 metr sürətlə şimal-şərq küləyi əsir. Verilən məlumata əsasən günün ikinci yarısında küləyin sürətinin saniyədə 30-35 metr olacağı gözlənilir. Əmək təhlükəsizliyi qaydalarına əsasən Ələt qəsəbəsində yerləşən yeni Bakı limanında və Bakı şəhərində yerləşən Əsas yük terminalında yükqaldırma əməliyyatları müvəqqəti olaraq dayandırılıb.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər