“Əla qiymət – marketdən pulsuz hədiyyə” – Bunu etməyin məqsədi nədir?

0

Azərbaycanda belə bir ifadəyə rast gəlmək olar: Əla qiyməti alana marketdən hədiyyə. Adətən bu hədiyyə ya dəftər olur, və ya şirniyyat.

Bunu etməyin məqsədi nədir? Çoxları düşünür ki, bu xeyirxah əməldir, əslində bu biznesin reklamıdır. Yəni belə addım atıldıqda, insanlar həmin marketi, sahibkarı kütləvi reklam edirlər.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Nəticədə şəxs həm xeyirxah insan kimi, həmdə marketin sahibi kimi yaddaşlara həkk olunur. Bir qrup insanlar həmin şəxsin bu əməlini qiymətləndirib, istər-istəməz həmdə onun müştərisinə çevrilirlər. Yəni dostlarına, tanışlarına, ətrafdakı insanlara həmin şəxsdən alış-veriş etməyini tövsiyə edirlər. Belə addımlar mağaza sahibləri tərəfindən yox, həmdə digər sahələrdə də tətbiq olunur. Müəllim imkansız bir şagirdə pulsuz dərs keçir, şirkət kiməsə xeyriyyə köməkliyi adı ilə yardım edir və sair.

Bir çoxları bunun biznes məqsədilə edildiyini yox, xeyriyyə məqsədilə edildiyini düşünürlər. İstər-istəməz bu işi reklam etmiş olurlar. Nəticədə qazanan bu işləri edənlər olur. Xeyriyyə məqsədi ilə edilən bir işdə, biznes məqsədi olmur.

İqtisadçı-ekspert Rauf Qarayev