17 C
Baku
Tuesday, July 5, 2022

«Əlavə dəyəri kapital yox, insanlar yaradır»

HR anlayışının özlüyündə insanlara qarşı neqativ istehlakçı münasibətinin gizləndiyi hiss olunur, axı bu zaman insana resurs kimi yanaşılır. Belə görünür ki, bu termini istifadəyə verən şəxslər hər şeyə potensial gəlir mənbəyi kimi baxmağa vərdiş ediblər.

 Mən qəti şəkildə bu cür yanaşmanın qəbul etmirəm, baxmayaraq ki, özümü kapitalizmin təmiz yetişdirməsi adlandıra bilərəm. İnsanın şəxsiyyəti və onun hüquqları müqəddəsdir. Bu faktın dərk olunmaması isə işə götürənlərə çox baha başa gələn səhvlər ilə nəticələnir.

 İnsanlara hörmətlə yanaşmanın yetərincə olmaması

 İnsanlara qarşı hörmətsizlik insan davranış modellərinə bələd olmama səbəbindən yaranır. Məsələn, siz bilirsiniz ki, bütün insanlar yalan danışır? Demək olar ki, hər bir insan haradasa və ya nədəsə bundan şişirtməyə yol verir. Bizim müşahidələrə əsasən iş axtaranların demək olar ki, 80%-i öz əvvəlki iş yerlərində aldığı əmək haqqı barədə yalan söyləyir. Qeyd etmək lazımdır ki, orta şişirtmə dərəcəsi təxminən 30%-ə yaxın olur. Sonra isə demək olar ki, 30% iş axtara öz əvvəlki iş yerlərində tutduqları vəzifəyə dair yalan danışır. Marketinq departamentinin sıravi bir işçisi olmuş şəxs sizin ilə işgüzar müsahibəyə gəlir və bir-dən birə özünü marketinq departamentinin sədri kimi təqdim edir. Amma əksər işə götürmə ilə məşğul olan menecerlərin əvvəlki iş yerinə zəng etmək kimi bir adətləri olmur, həm də sizinlə intervü aparan şəxs nadir halda sizin əmək kitabçanıza nəzər salır, beləliklə bu yalanın üstü hələ açılmaya da bilər.  Müsahibədən sonra namizədi qeydiyyatdan keçmək üçün kadrlar şöbəsinə göndərirlər, burda isə onun öz nailiyyətlərini necə qələmə verməsi barədə heç kəsin xəbəri olmur.

Biz dəfələrlə əmin olmuşuq ki, namizədin əvvəlki iş yerinə müzakirə etməklə onunla uzun-uzadı, dərin  söhbətlər aparmaqdan qat-qat daha çox informasiya əldə etmək olar.  Əgər namizəd sizin ona həvalə etməyə hazırlaşdığınız işi heç vaxt yerinə yetirməyibsə böyük ehtimal ki, o bu işin öhdəsindən gələ bilməyəcək. Bizim gözəl qanunvericiliyi yada salın və hər bir işdən çıxarmanın şirkət üçün bir neçə aylıq əməkhaqqından da baha başa gəldiyini xatırlayın, hətta öz proyektinizin icrasını risk altında qoyduğunuzu da düşünün. Bütün buna dəyərmi?

 İnsanın motivasiyasını anlamama

 Bu səhv isə elə hörmətsizliyin birbaşa nəticəsi olaraq yaranır. Mən əminəm ki, ümumiyyətlə yanaşsaq  motivasiya deyilən bir şey mövcud deyil, sadəcə özünü motivasiya deyilən bir şey vardır. Heç kəs olmayan bir yerdən insana hər hansı bir həqiqi arzunu və ya istəyi sırıya bilməz. Siz insana “yerkökü” təklif edərək onu motivasiya edəcəyinizə ümid bəsləməyin. “Yerkökü” ancaq o adamlar ilə işə yaraya bilər ki, onların doğrudan da “yerköküyə” ehtiyacı olsun. Öz motivasiya sistemini onlara məcburi sırımaq (mükafatlandırma ilə qarışdırmaq olmaz) bir axmaqlıqdır. Bunun əvəzində mən vakansiyaya iddia edən namizəddən bir başa olaraq onun əsl niyyəti və məqsədləri barədə soruşmağı üstün tuturam.

Təcrübə göstərir ki, hər on insandan doqquzu öz məqsədləri barədə bilmir və ya onları axıra qədər dərk etmir. Lakin bu o demək deyil ki, onlar istənilən motivasiya sistemini qəbul etməyə hazırdırlar. Sizin əsas vəzifəniz onlara öz hədəflərini başa düşməyə kömək etmək, bu hədəflərin şirkət məqsədləri ilə nə dərəcə də üst-üstə düşdüyünü anlamaqda yardımçı olmaq, eyni zamanda bu üstə-düşmənin davamiyyətini nə qədər çəkəcəyini də müəyyən etməkdir.

 Bəzən belə də olur: Bizim nəzərdən keçirdiyimiz iş axtaran bizimlə ona görə işləmək istəyir ki, onun əsas məqsədi Bakıya köçməkdir. Belə bir niyyətdə pis heç nə yoxdur, xüsusi ilə də əgər söhbət sadə işdən gedirsə. Lakin bizə işə götürən olaraq başa düşməliyik ki, bu gün ona bu yer sadəcə köçmək üçün lazımdır. Sabah o Bakıda özünə lazımı şərait qurduqdan sonra başqa parametrlərə uyğun iş yeri axtarmağa başlayacaq. Belə motivasiyası olan bir insan ilə uzun müddətli əməkdaşlığa arxalanmaq olmaz.

 Yanlış motivasiyası olan insanın rəhbər vəzifəyə təyin edilməsi

 Bunu №2 səhv halı kimi nəzərdən keçirmək olar, lakin onun törədə biləcəyi fəsadlar daha ağır ola bilər. Olur ki, çox enerjili bir şəxs böyük səylə rəhbər bir vəzifə tutmağa can atır, lakin əslində onun insanları idarə etmək  sahəsində real bir təcrübəsi yoxdur və heç vaxt tabeliyində işçi olmamışdır. Bir çox hallarda bu insanların əslində kimi isə idarə etmək kimi maraqları olmur, onlar sadəcə insanlar tərəfindən qəbul olunma və status istəyirlər. Siz bu insana simpatiya ilə yanaşa və onun həqiqətən də vəzifəyə layiq olduğunu düşünə bilərsiniz.  Lakin təcrübəsiz bir işçiyə nüfuz bəxş etmək istəyi ilə, siz getdiyiniz riski dərk etməlisiniz, çünki  sizin təzə bişirilmiş (xam) rəisiniz böyük ehtimalla bütün işi uçuruma aparacaqdır.

 Bir neçə il ərzində biz öz know how metodlarımızı yaratdıq ki, bu da iş üçün müraciət edən şəxslərin dilini açaraq, ondan əsl həqiqətləri çəkmək imkanı verir. Beləliklə biz onun əsl motivasiyasını, nədə düz deyib, nə də həqiqəti gizlətdiyini və yalan danışdığını anlaya bilirik. Növbəti dəfə isə mən müsahibələr zamanı istifadə etdiyimiz bəzi effektiv fəndlər haqqında söhbət açacağam.

Son xəbərlər
Oxşar xəbərlər