26 C
Baku
Saturday, July 27, 2024

Əlcək istehsalçılarının səhmləri artım sürətinə görə “Tesla”nı ötdü

Malayziyanın rezin və lateks əlcək istehsalçısı olan şirkətlərin səhmləri artım sürətinə görə “Tesla”nı ötüb.

Banker.az xəbər verir ki, bu barədə “Bloomberg” yazır.

Məsələn, “Supermax Corp.” şirkətinin səhmləri 1000%, “Top Glove Corp.” şirkətinin səhmləri isə 389% artım göstərib. Xatırladaq ki, “Tesla”nın səhmləri cəmi 259% yüksəlib.

Nəşriyyatın qeyd etdiyi kimi, belə bir artım istehsalçılar üçün gözlənilməz olub və nəticədə, əlcək istehsalçısı olan ən böyük üç şirkətin bazar dəyəri 26 milyard dollar artıb.

“Əlcək istehsalçılarının inkişafı hamıya “Tesla”nın uğurunu xatırladır, lakin bu sektorun gəlirləri onunla müqayisədə daha əhəmiyyətli olacaqdır”, – deyə “Northcape Capital Ltd.” fondun rəhbəri Ross Kemeron söyləyir.

Qeyd edildiyi kimi, ötən həftənin cümə günü Nastaq birjasında “Tesla” səhmləri 1,5 min dollar qiymətində olub.
“Bloomberg”in verdiyi məlumata görə, bütün səylərin koronavirus peyvəndinin hazırlanmasına yönəldilməsi, bu sektordakı şirkətlərin inkişafını bir qədər ləngidə bilər.

Son xəbərlər
Digər xəbərlər