Əlcəzair hökuməti istefa verib

Əlcəzairdə Baş nazir Əbdüləziz Cərradinin rəhbərlik etdiyi hökumət ölkədəki seçkilərlə əlaqədar istefa verib. Banker.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Əlcəzair prezidentinin mətbuat xidməti bildirib.

“Əlcəzair prezidenti Əbdülməcid Təbbun Baş nazir Əbdüləziz Cərradinin istefasını qəbul edib və onun yeni hökumətin qurulmasına qədər fəaliyyət göstərməsinə dair əmr verib”, – press-relizdə deyilir.

Xatırladaq ki, bu ilin fevral ayında Təbbun parlamenti buraxmaq və 12 iyunda növbədənkənar seçkilər keçirmək qərarını qəbul edib. Bunun əsas məqsədi gənclər üçün ölkənin siyasi həyatında daha çox iştirak etmək imkanını yaratmaq olub.

Əlcəzairin keçmiş parlament seçkiləri 2017-ci ilə təsadüf edir. Həmin ildə səsvrmədə “Milli Qurtuluş Cəbhəsi” qalib gəlib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.