5 C
Baku
Şənbə, Yanvar 29, 2022

Əlcəzairin daha bir sabiq Prezidenti vəfat edib

Əlcəzairin sabiq Prezidenti Abdelkader Bensalah vəfat edib.

Bu barədə “Al-Ain” məlumat yayıb.

O, paytaxtda yerləşən hərbi hospitallardan birində uzun sürən xəstəlikdən sonra 79 yaşında vəfat edib.

Abdelkader Bensalah konstitusiyaya əsasən parlamentin yuxarı palatasının sədri olaraq kütləvi etirazlar fonunda istefa vermiş Əbdüləziz Buteflikanın postunu 7 ay müddətində icra edib.

Xatırladaq ki, sentyabrın 17-də Əbdüləziz Buteflika vəfat edib.

Mənbə:APA
Son xəbərlər
Oxşar xəbərlər