15 C
Baku
Monday, April 22, 2024

Əli Əsədov iclas keçirdi – Nazir və dövlət komitələrinin rəhbərlərinə tapşırıq verildi

17-18 fevral tarixlərində Baş nazir Əli Əsədovun sədrliyi ilə Azərbaycan Respublikası İqtisadi Şurasının növbəti iclası keçirilib.

Banker.az xəbər verir ki, Nazirlər Kabinetindən  verilən məlumata görə, iclasda antiinflyasiya tədbirlərinin gücləndirilməsi, ərzaq təhlükəsizliyi və ixrac üzrə aqrar sahənin inkişaf hədəfləri, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarından irəli gələrək “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın dövlət büdcəsinin vəsaitləri hesabına maliyyələşdirilməsi və büdcə qaydasının parametrlərinin müəyyən edilməsi barədə məsələlər geniş müzakirə olunub.

İclasda iqtisadiyyat naziri Mikayıl Cabbarovun, maliyyə naziri Samir Şərifovun, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin, Mərkəzi Bankın sədri Elman Rüstəmovun, kənd təsərrüfatı naziri İnam Kərimovun, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin, həmçinin digər dövlət komitələri və qurumlarının rəhbərlərinin məruzələri dinlənilib, müvafiq tapşırıqlar verilib

 

 

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər