9 C
Baku
Wednesday, December 17, 2025

Əlillik təyin olunmuş hərbi qulluqçuların sayı açıqlanıb

Vətən müharibəsində yaralanmış 2 885 hərbi qulluqçuya ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin olunub.

Banker.az bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir.

Qeyd edək ki, hərbi qulluqçuların ilk mərhələdə əyani müayinəsi keçirilməklə, Müdafiə və Ədliyyə nazirlikləri, Daxili Qoşunlar və Dövlət Sərhəd Xidmətinin Hərbi Həkim Komissiyalarından şəhadətnamə (xəsarət və ya xəstəliklərin hərbi xidmətlə əlaqəsini müəyyən edən sənəd) və tibb müəssisələrindən göndərişlər (forma 88) elektron sistemə daxil edilir. Bundan sonra yekun mərhələ olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyi qiymətləndirir.

Əlillik təyin edilikdən sonra onlara e-sistem tərəfindən, proaktiv qaydada əlilliyə görə aylıq sosial ödənişlər (Prezidentin təqaüdü, pensiya, müavinət) təyin olunur, habelə birdəfəlik sığorta ödənişləri verilir.

 

Son xəbərlər
Digər xəbərlər