26 C
Baku
Tuesday, May 28, 2024

Əlilliyi olan şəxslərə hansı vergi güzəşti tətbiq olunur?

Vergi Məcəlləsinin tələblərinə əsasən, əlilliyi olan fiziki şəxslərin əsas iş yerində hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəlirlərinə vergi güzəştləri tətbiq olunur. Bəzi hallarda isə həmin şəxslərin digər güzəşt hüquqları da yaranır.

Bu halda həmin fiziki şəxsin gəlirindən vergi hesablanarkən hansı güzəşt növünə üstünlük verilir?

Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə görə, fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda, 200 manat, illik gəliri 30 min manatadək olduqda, 2400 manat məbləğində olan hissəsi gəlir vergisindən azaddır: “Vergi Məcəlləsinə əsasən, fiziki şəxsin bu Məcəllənin 102.2-ci (400 manat), 102.3-cü (200 manat) və 102.4-cü (100 manat) maddələri üzrə güzəşt hüququ olduqda, ona bu güzəştlərdən biri, məbləğcə ən böyük olanı verilir. Maddələrdən göründüyü kimi, işçinin bir neçə güzəşt hüququ olduqda onlardan ən böyük olmaqla biri tətbiq edilir. Yalnız himayədə olan şəxslərlə bağlı edilən 50 manatlıq güzəşt hüququ digər güzəşt hüququ ilə birlikdə tətbiq edilə bilər”.

N.Xəlilov qeyd edib ki, əməkhaqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin sadalanan vergi güzəştləri hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan tətbiq edilir və yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir. Fiziki şəxsin bu maddədə sadalanan vergi güzəştlərini əldə etməyə əsas verən statusu olduğu, lakin güzəşt hüququnu təsdiq edən müvafiq sənədləri əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindikdən sonra təqdim etdiyi halda vergi güzəşti həmin fiziki şəxsin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindiyi tarixdən hesablanır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər