4 C
Baku
Thursday, February 22, 2024

Əlilliyi olan şəxslərin bank xidmətləri ilə bağlı İşçi Qrupu yaradılıb

Məlum olduğu kimi əlilliyi olan şəxslərə bank xidmətləri göstərərkən ayrı-seçkiliyə yol verilməməsi istiqamətində Azərbaycan Mərkəzi Bankı tərəfindən müvafiq tədbirlər görülməkdədir.

Bu barədə Banker.az-a AMB-dən bildirilir.

Belə tədbirlərdən biri də Mərkəzi Bankın tövsiyəsi nəzərə alınmaqla, Azərbaycan Banklar Assosiasiyası (Assosiasiya) tərəfindən “Əlilliyi olan şəxslərə münasibətdə xüsusi yanaşmanın formalaşdırılması və təkmilləşdirilməsi üzrə” İşçi Qrupunun yaradılması olmuşdur. Qeyd edək ki, İşçi Qrupunda bütün banklar təmsil olunur. İşçi Qrupunun əsas məqsədi bu kateqoriyadan olan bank xidmətləri istehlakçılarına göstərilən xidmətləri təkmilləşdirmək və heç bir halda ayrı-seçkiliyə yol verməməkdir.

Qeyd olunan məsələ ilə əlaqədar Mərkəzi Bank, Assosiasiya və İşçi Qrupun iştirakı ilə mütəmadi görüşlər keçirilir və əlilliyi müəyyən edilmiş şəxslərə qarşı ayrı-seçkiliyə yol verilməməsi ilə bağlı bütün lazımi tədbirlərin görülməsi, eləcə də onlara göstərilən xidmət səviyyəsinin artırılması mövzularında birgə müzakirələr aparılır.

Ölkənin maliyyə tənzimləyici qurumu kimi, sosial həssas əhali qrupu olan əlilliyi olan şəxslərin maliyyə xidmətlərinə maneəsiz çıxışının təmin olunmasını Mərkəzi Bank daimi əsasda diqqət mərkəzində saxlayır.

Son xəbərlər
Digər xəbərlər