5 C
Baku
Friday, February 23, 2024

Əmək haqqı üzrə mühasib – Baku Bus

Vəzifə öhdəlikləri:

– İşçilərin aylıq əmək haqlarının, gəlir vergisi və sosial sığorta ayırmalarının hesablanması;
– Əmək haqqı üzrə müxabirləşmələrin verilməsi və hesabların sistemdə yoxlanması;
– Məzuniyyət haqlarının,  xəstəlik vərəqəsi üzrə ödəmələrin, mükafatların və son haqq-hesab ödənişlərinin hesablanması və ödənişi;
– DSMF tərəfindən ödənilən müavinətlərın dövlət elektron sistemində işlənməsi;
– Təhtəl-hesab şəxslərlə hesablaşmaların və ezamiyyə haqlarının yoxlanması və müvafiq vergilərin tutulması;
– Muzdlu işlə əlaqədar gəlir vergisinin bəyannaməsinin hazırlanması və təqdim olunması;
– Sosial sığorta ayırmaları üzrə hesabatın hazırlanması və təqdim olunması;
– İşçilər üçün bank kartlarının sifarişi və əmək haqqı kartları ilə bağlı problemlərin həllində dəstək;
– İşçilərin əmək haqqı ilə bağlı suallarının vaxtlı-vaxtında cavablandırılması;
– Əmək haqqı ilə bağlı Vergiləri Nazirliyi, DSMF və Dövlət Statistika Komitəsi tərəfindən tələb olunan məlumatların, ərizələrin hazırlanması və sualların cavablandırılması;
– Rəhbərliyin digər əlaqədar tapşırıqların yerinə yetirilməsi.

Namizədə olan tələblər:

– Maliyyə, vergi və  ya mühasibat uçotu sahəsində ali təhsil;
– Müvafiq sahədə ən azı 3 il iş təcrübəsi
– Əmək Məcəlləsi və Vergi Məcəlləsi üzrə müvafiq biliklər;
– İdarəetmə, analitik təhlil və təşkilatçılıq qabiliyyəti.

Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV-nizi (anketlərinizi)  [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində “Əmək haqqı üzrə mühasib”qeyd etməklə göndərə bilərsiniz

Son xəbərlər
Digər xəbərlər