Ekspert: Əmək Müfəttişliyinin fəaliyyətindən işçilər narazıdır

  • 23
  •  
  •  
  •  

Əmək Müfəttişliyinin fəaliyyətindən narazılıqla bağlı çoxlu məqamlar var. Səbəb ondadır ki, işçi Əmək Müfəttişliyinə müraciət etdikdə, problemi həll olunmur və ya onlara rəsmi cavab verilmir.

Banker.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Rauf Qarayev bildirib.

İşçi bunu işəgötürənlə müfəttişliyin əməkdaşının pul müqabilində razılaşdığını qeyd edir. Bundan əlavə telefonla işçi müfəttişliyiklə əlaqə saxlasa da onu xalq arasında bir ifadə ilə desək yola verirlər. Müfəttişliyin hərəkətsizliyindən   142 qaynar xəttə şikayət olunsa da, heç bir tədbir görülmür. Öz əsasnamələrində qeydləri belə etmirlər. Bununla bağlı dəfələrlə mənə müraciət olunub. Çıxış yolunu istəyiblər. Bundan çıxış yolu aşağıdakı kimidir:

  1. Əmək müfəttişliyinə rəsmi tələbnamə ilə məktub yollamaq. Bu halda kim tərəfindən icraaata götürülüb müraciətçi biləcək.
  2. Vətəndaşların müraciətlərinin baxılması haqqında qanunun 10 maddəsində qeyd olunur ki, vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır. Bu o deməkdir ki, artıq müfəttişlik məktuba qanununvericiliyin tələbi əsasında və müddətində cavab verməlidir.
  3. Cavabda imtina qeyd olunduqda məhkəməyə müraciət etmək lazımdır.

Ümumiyyətlə mübahisəli məsələlər məhkəmələr tərəfindən həll olunur. Tövsiyyə edərdim ki, vətəndaşlar müddət axınını (1 ay) nəzərə alıb, mübahisəli məsələləri məhkəmə yolu ilə həll etsinlər. Müfəttişlik özü də mübahisəli məsələlərdə, məhkəməyə müraciət edir. Son həll olunası məkan yalnız məhkəmədir.

P.S. Bizdə həmkarlar, əmək müfəttişlik institutlarının fəaliyyəti düzgün qurulmayıb. Bu baxımdan yeganə həll yolu məhkəmədir.


  • 23
  •  
  •  
  •