22 C
Baku
Tuesday, April 23, 2024

Əmək müqaviləsi əvəzinə xidməti müqavilə bağlanılır?

Əmək fəaliyyəti həyata keçirən işçi ilə əmək müqaviləsi əvəzinə xidməti müqavilə bağlana bilməz və əks halda bu mövcud qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur.

Belə ki, bəzi hallarda vergi ödəyicilərinin bir qismi öz işçiləri ilə əmək müqavilələrini bağlamaq əvəzinə onlarla xidməti müqavilə bağlayaraq həmin şəxsləri vergi orqanında vergi uçotuna durmağa təhrik edir. Bununla da işəgötürənin üzərinə düşən vergi öhdəliklərini minimallaşdırmağa çalışır.

Digər tərəfdən bu hal:

– vergi ödəyicisi statusunu əldə etmiş, lakin faktiki olaraq əmək funksiyalarını yerinə yetirən şəxsin dövlət qarşısında öhdəliklərinin artmasına, bununla da həmin şəxsin vergi öhdəliklərinin müstəqil və müntəzəm olaraq yerinə yetirməsinə,

– digər dövlət orqanları (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu, Dövlət Statistika Komitəsi) ilə də daim təmasda olmasına,

– fəaliyyətinin nəticələri üzrə dövlət orqanlarına bəyannamələrin verilməsinə,

– həmin bəyannamələrin gecikdirildiyi halda maliyyə sanksiyaları və cərimələrə məruz qalmasına səbəb olur.

Qeyd olunan hallar vergi orqanı tərəfindən araşdırılır. İşəgötürən şəxsin vergidən yayınmaya yol verdiyi hallar sübuta yetirildikdə vergi orqanı tərəfindən müvafiq tədbirlər görülür.

Mənbə: taxes.gov.az

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər