19 C
Baku
Friday, October 7, 2022

Əmək müqaviləsinin bağlanması işçinin kredit alma imkanlarına necə təsir edir?

Əmək müqaviləsinin bağlanması işçinin kredit və xüsusən də ipoteka krediti alma imkanlarına necə təsir edir?

Banklar tərəfindən istehlak və ya ipoteka kreditlərin verilməsi zamanı işçiyə veriləcək krediti qaytarmaq qabiliyyəti araşdırılarkən kredit istəyən şəxsin rəsmi qaydada təsdiqlənmiş gəlirləri nəzərə alınır və bu baxımdan da əmək münasibətlərini əmək müqaviləsi ilə rəsmiləşdirən şəxslərin istənilən krediti almaq imkanları daha genişdir. Bununla belə işçi mənzil şəraitinin, ailə üzvlərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün işəgötürəndən müvafiq sosial yardımlar almaq imkanı da əldə edir.

Banker.az bu barədə Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Maliyyə məsləhətçisi Vüqar Mirheydərov əmək müqaviləsinin işçinin kredit alma imkanları barədə fikir bildirərkən – “Əlbəttə, danılmaz bir faktdır ki, əmək müqaviləsi ilə işləyən və rəsmi, stabil əmək haqqısı olan şəxslərin istənilən krediti əldə etmək imkanları daha genişdir. Kredit üçün müraciət edən şəxsin əmək müqaviləsi və bundan irəli gələn rəsmi qaydada təsdiqlənmiş aylıq gəliri olmadıqda banklar kreditin verilməsindən imtina edirlər. Bir sözlə, vətəndaşlar tərəfindən istehlak, ipoteka, nağd pul və digər kreditlərin alınması əmək müqaviləsinin mövcudluğuna birbaşa bağlıdır” – deyə, bildirib.

 

Son xəbərlər
Oxşar xəbərlər