13 C
Baku
Friday, April 19, 2024

Əmək pensiyasının yenidən hesablanması qaydası qanundan çıxarlıb – fərman

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanında dəyişiklik edilib.

Banker.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev bu gün fərman imzalayıb.

Fərmanda deyilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli Fərmanının 2.3-cü bəndindən “28-ci,” sözləri çıxarılsın.

Qeyd edək ki, bu maddə “Əmək pensiyaları haqqında”  qanunda Əmək pensiyasının yenidən hesablanması qaydalarını müəyyən edirdi.

Son xəbərlər
Digər xəbərlər