-3 C
Baku
Wednesday, February 28, 2024

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də qarant verə biləcək

Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən, fəaliyyət sahələrinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə qrant verə bilən qurumların siyahısına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin də adı daxil edilib.

Banker.az-ın əldə etdiyin məlumata görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev fərman imzalayıb.

Qeyd edək ki, bundan öncəki siyahı belə idi:

1 Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi

2 Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi

3 Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi

4 Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi[1]

5 Azərbaycan Respublikasının Təhsil Nazirliyi

6 Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

7 Azərbaycan Respublikasının Maliyyə Nazirliyi

7-1. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi[2]

8 Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası

9 Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası


Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 oktyabr tarixli 654 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən, fəaliyyət sahələrinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə qrant verə bilən qurumların Siyahısı”na aşağıdakı məzmunda 7-2-ci və 7-3-cü hissələr əlavə edilsin:

“7-2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

7-3. Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi”.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

Son xəbərlər
Digər xəbərlər