24 C
Baku
Sunday, May 26, 2024

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində böyük islahatlar həyata keçirilir”

“Son vaxtlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində böyük islahatlar həyata keçirilir”.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi DOST konsepsiyasının, “e-sosial” internet portalının, yeni loqosunun və rəsmi internet səhifəsinin təqdimat mərasimində baş nazirin müavini Əli Əhmədov deyib. Banker.az bu xəbəri Report-a istinad edir.

O bildirib ki, hər bir cəmiyyətdə dövlətin qayığısına ehtiyacı olan insanlar var: “Azərbaycan hökümətinin hədəfi qayğıya ehtiyacı olan şəxslərin sosial müdafiəsini gücləndirməkdir. Hökumətimiz, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu hədəflərini dəqiqliklə həyata keçirmək üçün bu layihəni həyata keçirməyi nəzərdə tutublar. DOST Agentliyinin yaradılmasında birinci məqsəd insanlara daha yaxından xidmət göstərmək, ikinci məqsəd şəffaflığın təmin olunması, üçüncü məqsəd isə xüsusi ehtiyacı olan insanlara xidməti asanlıqla təqdim etməkdir. Hesab edirəm ki, nazirlik bu xidməti daha yüksək səviyyədə təşkil edəcək. Ümüd edirəm ki, bu xidmət sosial qayğıya ehtiyacı olan insanlar tərəfindən seviləcək”.

Son xəbərlər
 ⁠
Digər xəbərlər