4 C
Baku
Monday, December 5, 2022

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparatında dəyişiklik

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparatında dəyişiklik baş verib.

Banker.az xəbər verir ki, nazirliyin aparatında olan Təhlil və strateji planlaşdırma şöbəsinin adı dəyişdirilib və bundan sonra Strateji planlaşdırma və innovasiyalar şöbəsi adlandırılacaq.

Nazirliyin aparatının struktur bölməsi olan bu şöbə ölkənin sosial vəziyyətinin təhlili əsasında layihələrin hazırlanmasını, strateji planlaşdırma sahəsində işlərin təşkilini və əlaqələndirilməsini həyata keçirir.

Şöbə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Nazirliyin strukturları, eləcə də mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

Qeyd edək ki, ƏƏSMN-nin aparat strukturunda 17 şöbə fəaliyyət göstərir.

Son xəbərlər
Digər xəbərlər
X