19 C
Baku
Thursday, April 25, 2024

Əməkdar işçi. Qadınlar 45 yaşından sonra necə karyera qura bilərlər

Müasir dünyanın qadını həyəcanla düşünür ki, müəyyən yaşa qədər o, “hər şeyi çatdırmalıdır”. Məsələn, belə hesab edir ki, 45 yaşına kimi yaxşı təhsil alıb, öz sahəsi üzrə mütəxəssisə çevrilməlidir –  “sonra gec olacaq”

Stereotipləri nəzərə alsaq, artıq 50-55 yaşında qadınlarda karyera ambisiyalarına çox az hallarda rast gəlinir və onlara əmək bazarında bir mütəxəssis kimi də tələb az olur. Bəs niyə işəgötürənlər daha gənc namizədlərə üstünlük verirlər? Belə hesab etmək olar ki, yaş ötdükcə insan beyni daha pis işləməyə başlayır və alimlər deyirlər ki,  həqiqətən də, zamanla istənilən insanın koqnitiv funksiyaları zəifləyir və bu  hardasa 60-70 yaşlarını əhatə edir. Beləliklə də, qadınların qarşısında dayanan ilk tapşırıq – əmək bazarında onlara tələbin olmasına əmin olmaqdır, karyera perspektivləri isə yaşdan deyil, digər faktorlardan asılıdır.

İş qadını  və Lail Vineyards ( yüksək keyfiyyətli şərab və mükəmməl şərab etiketli dizayn) şərab  evinin sahibkarı Robin Leyl 79 yaşında uğurunun sirrini belə izah edir: “Əgər siz ruhlandırmaq, möcüzə yaratmaq və insanlara hər şeyə yeni baxışdan baxmalarına yardımçı ola bilmək qabiliyyətinə maliksinizsə, demək siz praktiki olaraq yenilməzsiniz.

Siz artıq peşəkarsınız

45 yaşında bir qadının orta hesabla artıq 20 illik iş təcrübəsi olur və sürətli karyera yüksəlişi ilə iki ssenari ilə nəticələnə bilir: o ya yaxşı mütəxəssisdir, ya da yaxşı rəhbər.

Mütəxəssis qadınların əlindəki əsas alət – müəyyən prosesləri qura bilmə bacarığıdır. Zamanla əldə edilən bacarıqları tələb edən peşələrin sayı daha çoxdur ki, onlara da gənclərin entuziazm və ambisiyalarından daha çox qiymət verilir. Bunlara misal olaraq mühasibatlığı, istehsal texnologiyalarını və digər peşə sahələrini qeyd etmək olar. Onlarla bağlı öhdəlikləri səbrlə öyrənmək  və qüsursuz bir şəkildə yerinə yetirmək lazımdır.

İdarə heyəti sahəsində bir mövqe tutmaq üçün

Müxtəlif auditoriya ilə əlaqə qura bilmək və gərgin şəraitdə işləməyi bacarmaq lazımdır. Buna görə belə bir bazarda yuxarı yaşlı qadınların perspektivləri genişdir.

Bəzi yerlərdə yaşı çox olan qadınları artıq təcrübəli olduqları və öyrədilmələrinə ehtiyac qalmadığı üçün işə götürürlər və belələri ucuz işçilər hesab olunur.

Belə qadınların həm də idarəetmə bacarığı olur. Yəni, onların əmək bazarında gənc rəqibləri ilə müqayisədə üstünlükləri ondan ibarətdir ki, onlar müvafiq sahədə inkişaf proseslərini daha yaxşı bilirlər.

Nə üçün işə götürmürlər

Bir qadının işədüzəlməsi ilə bağlı yaşadığı problemin ən əsas səbəbi şirkət üçün peşə keyfiyyətlərinin olmamasıdır. Əgər qadının təcrübəsi açılmış vakansiyaya görə tam uyğundursa , o zaman onun işə qəbulu, müsahibədə özünü və  sınaq müddətində bacarıqlarını nə dərəcədə uğurla təqdim edə biləcəyindən asılıdır. Və burada yaş heç bir rol oynamır.

Amma ikinci səbəb isə artıq sənəddəki rəqəmlərlə bağlıdır: yəni, bəzən elə olur ki, işəgötürənlər 24 yaşlı gənc qızlar olurlar və onlar 40-50 yaşlı namizədləri yalnız təqaüd yaşlı biriləri hesab etdiklərindən rezümelərini qəbul etmirlər. Burda artıq sizlik heç bir şey yoxdur – vəziyyət işəgötürənin qeyri-peşəkarlığı ilə bağlıdır.

Üçüncü imtina səbəbi – şirkətə bütün prosesləri mümkün qədər tez mənimsəyə bilən bir mütəxəssis lazımdır və belə olan halda rekruter (işəgötürən) stereotipə uyğun olaraq, yaşı çox olan birinin yenilikləri daha pis öyrənəcəyini və ya ümumiyyətlə artıq yorulduğunu düşünür. Ona görə də işəgötürən daha gənc olan namizədə üstünlük verir.

45 yaşından sonra da tələbatlı olmaq üçün nə etməli

45-50 yaşlar bir çox qadın üçün psixoloji sərhəddir. Bunun peşə yüksəlişinə mənfi təsir etməməsi üçün əmək bazarında mövqe tutmağı öyrənmək lazımdır. Bəs bunu düzgün şəkildə necə etməli?

  • Yalnız biliklərinizdə və bacarqlarınızda iddialı olmaq

Bəzən böyük bir strukturda idarəetmə təcrübəsinə malik bir insan birdən mütəxəssis yerinə iddialı olur və təbii ki, ona imtina edirlər. Əsas səbəb – işəgötürən, uzun müddət rəhbər vəzifədə çalışmış biri ondan daha aşağı vəzifəyə psixoloji olaraq uyğunlaşa bilməyəcəyindən narahat qalır.

 

  • Əlaqələr şəbəkəsindən effektiv istifadə

Bu gün bir çox şirkətlərdə PR (ictimai əlaqələr) elə qurulub ki, əməkdaşların təklifləri dinlənilir. Ona görə də tanışlıq şəbəkəsindən istifadə etmənizdə məna var – əvvəlki iş yerinizdən təkliflər istəyin  və ya düzələcəyiniz şirkətdə işləyən insanları tapın.

 

  • Rezümeni keyfiyyətli şəkildə redaktə etmək

Rezümeni çox qısa etməyin. Aydındır ki, 45 yaşına kimi hər kəs uzun iş yolu keçmiş olur, lakin 5 səhifəlik rezümeni oxumaq çətindir və bir qənaətə gəlmək də çətin olur. Optimal olaraq – bir səhifəlik formatda. Yaşınızı gizlətməyin. Onu təyin etmək onsuz da çətin olmayacaq, lakin bunu hesablamaq heç kimə xoş gəlmir. Formata uyğun yüksək keyfiyyətli bir şəkil yerləşdirin  ( rəsmi, lakin tam yox: düz baxış, yüngülcə təbəssüm, sadə makyaj və səliqəli saç düzümü).

Sizin işə düzələrkən vaxtı əsas tapşırığınız özünüzü peşə yüksəlişində maraqlı olan bir mütəxəssis kimi göstərmənizdir.Bu isə o deməkdir ki, siz öz fəaliyyət sahənizdəki  ən son dəyişikliklərdən xəbərdar olmalı , həmçinin çevik, perspektiv yönümlü, bütün yeniliklərə açıq olmalısınız.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər