26 C
Baku
Saturday, July 27, 2024

Əməkdaşlarının koronavirus testindən keçməsi “DOST” Agentliyinə 44 min manata başa gələcək

“Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” Publik Hüquqi Şəxsi “Referans Klinik Laboratoriyaları” MMC ilə müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə COVİD-19 xəstəliyinə səbəb olan virusun müəyyənləşdirilməsi məqsədilə əməkdaşların test müayinəsindən keçirilməsi işləri nəzərdə tutulub.

Müqavilənin məbləği isə 43 min 967 manatdır.

Bildirək ki, Referans Klinik Laboratoriyaları” MMC 2014-cü ildə dövlət qeydiyyatına alınıb. Bu MMC-nin nizamnamə kapitalı 100 manatdır və qanuni təmsilçisi Aqil Mirzəyev Əlövsət oğludur.

Onu da qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi) Azərbaycan Respublikası Prezidentinin 9 avqust 2018-ci il tarixli Fərmanı ilə yaradılıb. Agentliyin İdarə Heyətinin sədri Fərid Məmmədovdur. Agentliyin tərkibində 3 DOST mərkəzi fəaliyyət göstərir. DOST Agentliyinin işinin təşkili 12 departament və Çağrı Mərkəzi tərəfindən həyata keçirilir.

Son xəbərlər
Digər xəbərlər