26 C
Baku
Saturday, July 27, 2024

Əməkdaşlarla effektiv qarşılıqlı münasibətlər qurmaqda 30 tövsiyə

1. Öz əməkdaşlarına hörmət elə.

2. Öz əməkdaşına qarşı tələbkar ol.

3. Yalnız yerinə yetirilmiş işə görə əməkhaqqı ödə.

4. Öz əməkdaşına nəzarət elə.

5. Öz əməkdaşını öyrət.

6. Öz əməkdaşına onun qüvvəsinə uyğun tapşırıqlar həvalə et.

7. Əməkdaşlarına müsbət təşəbbüs hissini təşviq elə.

8. İşçilərdə özbaşınalığın qarşısını alın.

9. Tapşırıqları əməkdaşlarına xırdalıqlara qədər izah etməyə tənbəllik etmə.

10. Əməkdaşın inkişafını planlaşdır.

11. Öz işçinlə dürüst ol.

12. İşçinə imkan vermə ki, ona aid olmayan işlərə burun soxsun.

13. Əməkdaşların güclü tərəflərini təşviq elə.

14. İşçilərlə ayıq (gözüaçıq), emosiyasız, hisslərə qapılmadan və məntiqli davran.

15. Əməkdaşlara qarşı təmkinli ol.

16. İşçinin yanında öz zəifliklərini büruzə vermə.

17. Yadda saxla ki, əməkdaşın da ailəsi var.

18. Əməkdaşına qarşılıqlı fəaliyyətiniz çərçivəsində müəyyən dəyərləri aşıla.

19. Zəif işçidən qurtul.

20. Əməkdaşda optimizmi qoru.

21. Öz əməkdaşın üçün nümunə ol.

22. Təşəbbüskar əməkdaşı öz tərəfdaşına çevirməkdən çəkinmə.

23. Əməkdaşlar bədənin bir hissəsi kimidir, yadda saxlayın ki, onları məşq etdirməsəniz və nəzarət etməsəniz, onlardan qurtulmalı olacaqsınız.

24. Faydasız işçidən qəti təəssüflənmədən sağollaşın.

25. Yadda saxla: əməkdaşın həmişə sənə baxır.

26. Əməkdaşınla məsafələri qoru.

27. Sədaqətliliyi qiymətləndir.

28. Səmimi peşman olanları bağışla və üzrlərə hörmət elə.

29. Ədalətli ol.

30. Əməkdaşın daha çox şeyə qadir olduğunu görəndə ona qarşı daha çox tələbkar ol.

Son xəbərlər
Digər xəbərlər