26 C
Baku
Saturday, July 27, 2024

Azərbaycanda Əməkhaqqılarının “ağarması” ilə daha çox sosial sığorta haqları toplanıb

2022-ci ilin yanvar-aprel aylarında muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 1 milyard 448,8 milyon manat təşkil etməklə ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,3 faiz və ya 234 milyon 348,9 min manat artıb, daxilolmalar üzrə proqnoz 136 milyon 693,4 min manat artıq icra edilib.

Banker.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən əldə etdiyi məlumata əsasən xəbər verir.

Bildirilib ki, Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 20,6 faiz artaraq 912 milyon manat təşkil edib, proqnoz 119,8 faiz icra olunub.

 

İşsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən illə müqayisədə 19,2 faiz artaraq 49,2 milyon manat olub, proqnoz 114,4 faiz icra edilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar isə 19,8 faiz artaraq 36,1 milyon manat təşkil edib, daxilolmalar üzrə proqnoz 124,3 faiz icra olunub.

 

 

Son xəbərlər
Digər xəbərlər