7 C
Baku
Wednesday, November 30, 2022

Əməkhaqqılarının “ağarması” ilə toplanan sosial sığorta haqlarının məbləği açıqlandı

2021-ci il sentyabrın 1-nə qeyri-neft sektorunun qeyri-dövlət bölməsində bağlanmış əmək müqavilələrinin sayı 744.804 təşkil edib ki, bu da 2019-cu ilin əvvəli ilə müqayisədə 204.882 min çoxdur.

Banker.az xəbər verir ki, 2021-cu ilin yanvar-avqust aylarında muzdu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2 milyard 494,5 milyon manat təşkil etməklə ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,1 faiz artıb, daxilolmalar üzrə proqnoz 232,1 milyon manat artıq icra edilib.

Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 14,1 faiz artaraq 1 milyard 583 milyon manat təşkil edib, proqnoz 113,3 faiz icra olunub.

İşsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 9,4 faiz artaraq 85,8 milyon manat olub, proqnoz 109,7 faiz icra edilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 15,8 faiz artaraq 63,1 milyon manat təşkil edib, daxilolmalar üzrə proqnoz 111,3 faiz icra olunub.

Son xəbərlər
Digər xəbərlər
X