32 C
Baku
Sunday, July 20, 2025

ƏM və TT üzrə Mühəndis – AS AQRO CO MMC

ƏM və TT üzrə Mühəndis

İşin təsviri:

• Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə siyasət və prosedurların hazırlanması və tədbiq edilməsi;
• İş shələrində əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə nəzarət;
• Mövcud qanunvericiliyə müvafiq olaraq əməyin mühafizəsi, əmək şəraitinin yaxşılaşdırılması və sağlamlaşdırılması üzrə tədbirlər planının işlənib hazırlanması və həyata keçirilməsini təmin etmək;
• Əməyin mühafizəsi  üzrə qanunvericilik  aktlarına  əməl olunmasına, dövlət orqanlarının qətnamə və qərarlarının, əməyin mühafizəsi və  təhlükəsizlik  texnikası norma və qaydalarının yerinə yetirilməsinə daim nəzarət etmək;
• İstehsalatda baş verən bədbəxt hadisələrin araşdırılmasını “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması” qaydalarına müvafiq şəkildə təşkil etmək;
• Əmək mühafizəsi və təhlükəsizlik texnikası üzrə sənədlərin olmasını və onların düzgün aparılmasını nəzarətdə saxlamaq;
• Şirkətin fəlsəfə və məqsədlərini başa düşmək və dəstəkləmək;
• Öz bacarıqları daxilində birbaşa rəhbəri tərəfindən qoyulmuş hədəflərə çatmaq, həmçinin
siyasət və prosedurlarına uyğun şəkildə həyata keçirmək.

Namizədə qarşı tələblər:

• Təhsili: ali texniki təhsil
• Dil bilikləri: Azərbaycan və Rus, İngilis dili üstünlükdür.
• Kompüter bilikləri: MC Ofice
• Yaş: 25-35
• Cinsi: Kişi
• ƏM və TT üzrə 3 il iş təcrübəsi.
• ixtisas üzrə sertifikatların mövcudluğu.

Bilməlidir

• əmək qanunvericiliyini, istehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması qaydalarını;
• istehsal texnologiyasını, müəssisənin texniki inkişaf perspektivlərini, əsas texnoloji avadanlıqları və onların iş prinsiplərini; istehsalın texnoloji hazırlığı üzrə metodiki və normativ materialları;
• müəssisənin spesifik xüsusiyyətlərini, istehsal gücünü və iş rejimini;
• ekoloji qanunvericiliyi;.

İş haqqında

• İş vaxtı: 09:00 – 18:00
• İş günü:  I-V günlər
• İş yeri:  Hövsan qəsəbəsi, Südçülük sovxozu.
• İşə gedib gəlmək üçün servis xidməti nəzərdə tutulmuşdur.
• Əmək haqqı:  1000 AZN

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected]  elektron ünvanına göndərə bilərlər.
CV göndərərkən əlavədə ƏM və TT üzrə Mühəndis qeyd etməyiniz vacibdir, əks halda CV-yə baxılmır.

Son xəbərlər
Digər xəbərlər