19 C
Baku
Monday, April 22, 2024

“Əmanət gəlirlərini vergiyə cəlb edilməsi faizlərin təqribən 1 % dəyişməsinə səbəb ola bilər”

Azərbaycan banklarında əmanətlərin faiz dərəcələrinin yüksəlməsi gözlənilmir, lakin ayrı-ayrı banklar depozitlərlə bağlı vergi güzəştinin tətbiq müddətinin başa çatması ilə əlaqədar faizləri yüksəldəcəklər.

Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev fevralın 1-dən Azərbaycanda yerli bankların və xarici bankın yerli filiallarının fiziki şəxslərin əmanətləri üzrə ödədiyi illik faiz gəlirlərini 10 % dərəcə ilə vergiyə cəlb edilməsini şərh edərkən deyib.

O bildirib ki, əmanətlər əvvəllər də vergiyə cəlb edilirdi:

“Sadəcə 7 il müddətinə ölkə Prezidentinin müvafiq fərmanı ilə güzəşt tətbiq edilərək bank əmanətləri üzrə gəlirlər vergidən azad edilmişdi. Ona görə də hazırki mərhələdə güzəşt müddətinin başa çatması ilə əlaqədar olaraq bir sıra banklar faiz dərəcələrini artırılmaqla və ya bəzi banklar öz reklam məhsullarının yerləşdirməklə vergi ödənilməsini öz hesablarına həyata keçirirlər.

Bütövlükdə faiz dərəcələrinin yüksəlməsi gözlənilmir. Amma ayrı-ayrı banklarda bu güzəştin tətbiq müddətinin başa çatması ilə əlaqədar əmanətlərin faiz dərəcələrini yüksəldəcəklər. Həmin vergi məbləği faiz dərəcəsinin təqribən 1 %-i həcmində dəyişməsinə səbəb ola bilər. Orda müəyyən hissədə artım ola bilər. Bütövlükdə deyil, ayrı-ayrı banklar tərəfindən bu artım ola bilər. Hətta bəzi banklar bununla bağlı elan paylaşıblar, düşünürəm yaxın zamanda digər bir qrup banklar da bu istiqamətdə artımları elan edəcəklər”.

Xatırladaq ki, əmanət faizlərinin vergidən azad edilməsi manatın 2015-ci ildəki ikili devalvasiyasından sonra banklardan əmanət axınının qarşısını almaq üçün atılmış addımlardan biridir. Bundan başqa, 2016-cı il martın 4-dən 2021-ci il aprelin 5-nə qədər Azərbaycanda əmanətlər tam sığortalı olub.

MənbəReport
Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər