Banker.az monitorinq qrupunun bugünkü araşdırma mövzusu Banklar üçün risk amili baxımından demək olar ki, təhlükəsiz kredit məhsullarından biri olan “əmanət girovlu kreditlər”dir. Bu növ kreditləri müştərilərin bankda əmanət olaraq yerləşdirdikləri vəsaitlərin girovu əsasında verilir. Rəsmiləşmə proseduru çox sadədir. Kredit heç bir komitə qərarı olmadan kredit mütəxəssisləri, bəzi banklarda isə hətta əməliyyatçılar tərəfindən rəsmiləşdirilir. Rəsmiləşmə zamanı zaminə və ya rəsmi gəlirə ehtiyac yoxdur.  Əmanət girovlu kreditləri ödəniş formasına görə 2 növdə ola bilir: annuitet ödəniş qrafikli nağd kreditlər və sərbəst ödəniş qrafikli kredit xəttləri.

Kreditin şərtləri haqqında onu demək istərdik ki, yanaşma formaları demək olar ki eynidir. Belə ki, kreditin müddəti əmanətin müddəti ilə məhdudlaşır, kreditin məbləği adətən əmanət məbləğinin 70% – 90% həcmində olur. İllik faiz dərəcəsi isə müştərinin banka girov qoyduğu əmanətin cəlbetmə faiz dərəcəsindən adətən 3% – 5% yuxarı olur. Subyektiv fikrimizə əsasən bu növ kreditlər üzrə komissiya haqqı alınması düzgün olmasa da bəzi banklar kredit proseduruna görə komissiya tətbiq edir. Sözü çox da uzatmadan Sizləri araşdırmadan sonra əldə etdiyimiz məlumatlar əsasında hazırladığımız cədvəllə tanış etmək istərdik. Bir məqamı xüsusilə vurğulamaq istərdik ki, bu şərtlər sırf əmanətə bağlı kreditlərlə bağlıdır, əgər Siz banka əmanət yerləşdirmək və bu yolla gəlir əldə etmək istəyirsinizsə banker.az saytının “Məhsul Kataloqu” (https://banker.az/result/?ctype=deposit ) bölməsində əmanətlərlə bağlı məlumatlarla tanış ola bilərsiniz.

Bank Nağd kredit Kredit xətti
Məbləğ Faiz Komissiya Məbləğ Faiz Komissiya
AccessBank USD: əmanətin  80%-i

AZN: əmanətin  70%-i

Əmanətin faizi +

2%-dən 7%-dək

0.5% – 1% Əmanətin 70%-i 24% Yoxdur
AFB Bank Əmanətin  80%-i Əmanətin faizi +

5%

1%
Amrahbank USD: əmanətin  70%-i

AZN: əmanətin  90%-i

Əmanətin faizi +

5%

Yoxdur USD: əmanətin  70%-i

AZN: əmanətin  90%-i

Əmanətin faizi +

5%

Yoxdur
Azərtürkbank Əmanətin  90%-i Əmanətin faizi +

3%

Yoxdur Əmanətin  90%-i Əmanətin faizi +

3%

Yoxdur
Bank BTB Əmanətin  80%-i Əmanətin faizi +

3%

0.5% Əmanətin  80%-i Əmanətin faizi +

5%

Yoxdur
Bank Respublika Əmanətin  90%-i (maksimum 30.000) AZN: Əmanət faizi + 5%

USD: Əmanət faizi  + 3%

Yoxdur Əmanətin  90%-I (maksimum 30.000) AZN – 29%

USD – 10%

Yoxdur
Bank VTB Əmanətin  90%-i Əmanətin faizi +

3%

1% Əmanətin  90%-i Əmanətin faizi +

3% və ya 4%

1%
ExpressBank Əmanətin  90%-i Əmanətin faizi +

3%

Yoxdur Əmanətin  20%-i Əmanətin faizi +

3%

Yoxdur
GünayBank Əmanətin  90%-i Əmanətin faizi +

5%

0.5%
Kapital Bank Əmanətin  80%-i AZN: Əmanət faizi + 5%

USD: Əmanət faizi  + 0.9%

1% Əmanətin  80%-i AZN: Əmanət faizi + 5%

USD: Əmanət faizi  + 0.9%

1%
NBC Bank Əmanətin  90%-i Əmanətin faizi +

5%

Yoxdur Əmanətin  90%-i Əmanətin faizi +

5%

Yoxdur
Nikoil Bank Əmanətin  90%-i Əmanətin faizi +

3% və ya 5%

Yoxdur Əmanətin  90%-i Əmanətin faizi +

3% və ya 5%

Yoxdur
Rabitə Bank Əmanətin  90%-i

(maksimum 200.000)

Əmanətin faizi +

3%

Yoxdur Əmanətin  70%-i

(maksimum 50.000)

29%

(ilk 30 gün ərzində faizsiz)

Yoxdur
Turanbank Əmanətin  90%-i Əmanətin faizi +

4%

1% Əmanətin  40%-i Əmanətin faizi +

4%

1%
Unibank Əmanətin  90%-i Əmanətin faizi +

3%

1% Əmanətin  60%-i Əmanətin faizi +

3% (AZN minium 12%)

1%
Xalqbank Əmanətin  80%-i Əmanətin faizi +

2%

20 AZN Əmanətin  80%-i Əmanətin faizi +

2%

20 AZN
Yapıkredi Əmanətin  80%-i AZN: Əmanət faizi + 6%

USD: Əmanət faizi  + 12%

1.5% Əmanətin  80%-i AZN: Əmanət faizi + 6%

USD: Əmanət faizi  + 12%

1.5%

AG Bank, ASB – verilmir
Bank of Baku – əmanət qəbul edilmir