1 C
Baku
Cümə, Yanvar 21, 2022

Əmanət yerləşdirmək üçün etibarlı bank seçimini necə etmək olar?

Müəllif: Ramal Əhmədov (bank inzibatçısı)

Bu məqalədə aşağıdakı suallara cavab tapacaqsınız:

  • Etibarlı bank seçimini necə etmək olar ?
  • Bankda əmanət yerləşdirməyin üstün və zəif cəhətləri
  • Əmanət yerləşdirən zaman nələrə diqqət etmək lazımdır ?
  • Pullarimizi evdə saxlamağın mənfi tərəfləri

Pul yaranandan indiyədək insanlar qazandıqlari pullari necə artırmaq, saxlamaq və xərcləmək barədə müxtəlif metodlardan istifadə edirlər.  Min bir əziyyətlə qazandığımız pulları bankda saxlayaq? xarici valyuta alıb seyfimizdə gizlədək? daşınmaz əmlak, qızıl və sair alaq? yoxsa bəzi yaşlı nənələr kimi corabımızda əlçatan yerdə saxlayıb, lazim olduqca xərcləyək?

Məqalə biraz genişdir ancaq əmin olun ki, Sizin üçün faydalı məlumatlar mövcuddur.

İlkin seçim etməmizi rahatlaşdırmaq və bilmədiklərimizi öyrənmək üçün aşağıdakı cədvəldə saxlanma üsulları üzrə müqaisəli məlumatlara nəzər yetirək:

Saxlanma üsulu Güclü tərəflər (Strengths) Zəif tərəflər (Weaknesses)
Pullarimizi bankda deposit kimi saxlasaq * Pullarımızın üzərində əlavə gəlir götürmək imkanı.
* Depozitlərin qanunverciliyə uyğun olaraq sığortlanması
* Fiziki olaraq oğurlanma və itirilmə ehtimalının olmamasi
* Banka gəlmədən məbləğin hesaba köçürmə yolu ilə artırılması
* Onlayn bankçılıq üzərindən banka gəlmədən depozitin yerləşdirilməsi
* Təcili məqamda qismən əlçatan olması
* Bankın müflis elan olunması və ya məcburi ləğv olunması sonrasi yarana biləcək itkilər və ya pulunuzun müəyyən müddət sonra geri qaytarılması
* Qanunvericiliyə əsasən hüquqi şəxslərin depozitləri sığortalanmır, sahibkar fiziki şəxslərin isə maksimum 20 000 AZN məbləğinədək olan əmanətləri faiz dərəcələri uyğun olduğu halda sığortalanir.
* Kiber cinayətlər nəticəsində pullarinizin oğurlanması ehtimalı* Yüksək inflyasiya olduğu halda pulunuzun gələcək dəyərinin azalması
Pullarimizi bankda cari hesabda saxlasaq * Pullarımızın üzərində əlavə gəlir götürmək imkanı məhdudlaşır. Bəzi banklarda (smart hesab – overnight) olsa da hələ ki, tətbiqi plastic kartlardakı “cash back” kimi uğurlu olmayib
* “Əmanətlərin tam sığortalanması haqqında” AR qanuna əsasən cari hesab qalıqlari da qorunan əmanətlərə daxildir.
* Fiziki olaraq oğurlanma və itirilmə ehtimalının olmamasi
* Banka gəlmədən məbləğin hesaba köçürmə yolu ilə artırılması
* Onlayn Bankçılıq üzərindən banka gəlmədən cari hesabin açılması
* Təcili məqamlarda əlçatan olmasi, belə ki, hesaba bağlı debet kart vasitəsi ilə ATM-dən nağdlaşdırmaq və ödəmələrdə istifadə etmək mümkündür
* Bankın müflis elan olunması və ya məcburi ləğv olunması sonrasi yarana biləcək itkilər və ya pulunuzun müəyyən müddət sonra geri qaytarılması
* Qanunvericiliyə əsasən hüquqi şəxslərin cari hesab qalıqları sığortalanmır, sahibkar fiziki şəxslərin isə maksimum 20 000 AZN məbləğinədək olan əmanətləri faiz dərəcələri uyğun olduğu halda sığortlanir.
* Kiber cinayətlər nəticəsində pullarinizin oğurlanması ehtimalı* Yüksək inflyasiya olduğu halda pulunuzun gələcək dəyərinin azalması
Pullarimizi bankda depozitariyada (xüsusu mühafizə olunan seyflərdə saxlasaq) * Bank müflis olsa belə pulunuzu məbləğindən asılı olmayaraq rahatıqla geri ala bilərsiniz
* Bankda pullar saxlanilan yerlər üçün Mərkəzi Bankin xüsusi texniki tələbləri var (seyflər oda davamlı olmali, 24 saat yanğın siqnalizasiyası və mühafizəsi təmin edilməli, tavani təcrid olunmali, divarlarin qalinlığı 40 sm, döşəmənin qalınlığı 60 sm beton qatından ibarət olmali, iki qapi və birdən çox açarla müxtəlif məsul şəxslər (3 nəfər) tərəfindən açılıb, bağlanmalıdır və sair)
* Depozitdən fərqli olaraq əlavə faiz götürmək imkanının olmaması
* Qutularin ölçüsündən və istifadə müddətindən asılı olaraq aylıq, illik xərclərinin olması
* Depozit qutularinin sığortası məhsulunun olmaması
* Ancaq bankın iş saatlarında qutunun açıla bilməsi
* Fövqəladə təbiət hadisələri (yanğın, sel və sair) zamanı qutularin yararsız hala düşməsi ehtimalı
* Qarət zamanı qutunun yağmalanması
Pullarimizi evdə saxlasaq * Təcili lazim olan hallarda əlçatan olması * Əlavə gəlir gətirməməsi

* İnflyasiya olduğu zaman pulun gələcək dəyərinin aşağı olması
* Oğurluq riskinin olması
* Naməlum şəraitdə pulunuzun tam olaraq itirilmə ehtimali
* Pullarin yararsız hala düşməsi

Qeyd: Eyni məbləğdə vəsaiti depozit kimi yerləşdirmək daha çox sərəflidir yoxsa hansisa layihəyə investisiya etmək? Pulun inflyasiyasi prosesi olduğu üçün bugünki, 1 manatın cari dəyəri bir il sonrakı 1 manatın gələcək dəyərindən fərqlidir. Loru dildə desək, indi 1 manata 1 kq şəkər tozu ala bilirsiniz ancaq bir il sonra 800 qram ala bilirsiniz. Bir sözlə depozitdə yatirdiğımız puldan 12 % il sonu gəlir əldə edə bilərsiniz ancaq unutmayin depozitdə yatan vəsaitin dövr etməməsi və pulun dəyərinin dəyişməsi daha çox gəlir qazanma imkanindan sizi məhrum edə bilər.
Layihənin gözlənilən gəlirliyinin hesablanması (NPV), pulun cari və gələcək dəyərinin müəyyənləşdirilməsi məsələlərinə sonrakı məqalədə ətraflı toxunariq.

 

Müqaisə etdikdə bank əmanətləri daha yaxşı seçim olduğu üçün əmanətlərin heç yerdə qeyd edilməyən tərəfləri barədə biraz ətraflı danışaq.

Bildiyiniz kimi 2007-ci ildən etibarən “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununu və kompensasiya mexanizmi uğurla tətbiq edilir. 31.03.2021-ci tarixinə əhalinin banklardakı əmanətləri 8.34 milyard manat təşkil edir. Bu göstərici , ötən 6 ildə banklarin bağlanması, əvvəlki illərdəki müvafiq göstəricilər və pandemiya şəraitini nəzərə aldıqda kifayət qədər yaxşı rəqəm hesab oluna bilər. Bu da öz növbəsində əhalinin banklara, pullarının geri alınacağına olan inaminin artmasıvə sığorta mexaniminin işləməsi deməkdir.

Banka pulunuzu əmanət etməzdən əvvəl aşağıda qeyd edilənlərlə tanış olmaniz məqsədə uyğun olar

      Əmanət (depozit) müqaviləsi bağlamazdan əvvəl, 

  1. Bankın maliyyə vəziyyətinə dair ən azı aşağıdakı məlumatları (saytlarindan, KİV-dən və banka müraciət etməklə) öyrənməyə çalışın:
  2. Maliyyə vəziyyəti, kapital strukturu – bankın məcmu kapitalının minimum miqdarı 50 (əlli) milyon manat, 1-ci dərəcəli kapitalın adekvatlıq əmsalı min. 5%, məcmu kapitalın adekvatlıq əmsalı isə min. 10% olmalıdır. Həmçinin bankın depozit portfelinə dair məlumatlar və bankin təsisçiləri ilə də tanış olun.
  3. Likvidlik riski– müəyyən olunan müddət ərzində bankin nə qədər nağd pul verə biləcəyini göstərir. Məbləğin günlər intervalinda mənfi olması neqativ hal kimi dəyərləndirilə bilər.
  4. Valyuta riski – əgər xarici valyutada depozit yerləşdirmək istəyirsinizsə, həmin valyutada açıq valyuta mövqeyi üzrə əmsal 10 %-dən çox olmamalidir. Bu rəqəm bankin xarici valyutada borcu və alacağı arasındakı nisbəti əks etdirir.
  5. Kredit riski – kredit portfelində gecikmiş kreditlərin portfelə olan nisbət faizinin (xüsusi ilə 90 gündən çox gecikmiş) ümumi bankların orta statistikasından çox olması (məs: 01.05.2021 tarixində 25%-dən) 

Qeyd: Unutmayın, maliyyə ilinin qurtarmasından ən geci beş ay müddətində bankın kənar auditor tərəfindən təsdiqlənmiş maliyyə hesabatını auditor rəyi ilə birlikdə bankın səhmdarlarına, habelə müştərilərin tələbi ilə onlara təqdim edilməlidir. Ən son məlumatlar isə rüblük hesabatlar (pridensial) şəklində bankların saytlarında dərc edilməlidir. Göstəricilərin ayrı-ayrılıqda yox ümumiləşmiş şəkildə dəyərləndirilməsi məqsədə uyğun olar. 

Seçdiyiniz banklarin depozit məhsulları şərtləri ilə tanış olun. Qərar vermək üçün aşağıdakı məlumatlardan istifadə edə bilərsiniz:

Tələbli əmanət – nisbətən aşağı faizli, artırıla bilən, faizləri və əsas pulu istənilən vaxt çəkmək imkani (hətta ATM-dən) – adətən yığım üçün istifadə edilir

Müddətli əmanət – yüksək faizli, müddət bitməmişdən əvvəl çəkilsə faizlər hətta ödənilməyə də bilər – uzun müddət istifadə olunmayacaq puldan əlavə gəlir götürmək məqsədi ilə 

Bir qayda olaraq bank müddət artdıqca sizin pulunuzdan daha çox istifadə etmək imkanı əldə etdiyi üçün daha yüksək faiz dərəcəsi təklif edir. Faizləri kapitallaşan yəni hesablanmış faizlərə də əlavə faiz hesablayan məhsullar mövcddur. Əmanət növlərinə dair banklarin saytlarında və internetdə məqalələr mövcuddur, biz keçək tapılmayan və toxunulmayan daha vacib  nüansalara.

Hansi əmanətlər qorunur (sığortalanir) ? Əsas kriteriyalar hansilardir ?

  1. ADİF-in üzvü olan bankda yerləşdirilən (fondun saytindan yoxlaya bilərsiniz üzv banklari)
  2. 1 iyun 2020-ci il tarixindən etibarən milli valyutada illik faiz dərəcəsinin yuxarı həddini 12%, xarici valyutada isə 2,5% olan ( bu qərar ADİF tərəfindən verilir və rəsmi xəbərlərdə yerləşdirilir.
  3. 05 aprel 2021-ci il tarixindən 100 (bir yüz) min manatdan çox olmayan əmanətlərin 100 faizi həcmində kompensasiya ödənilir.
  4. notariusun depozit hesabına mədaxil edilmiş fiziki şəxslərə məxsus vəsaitlər. Dəqiqləşdirmək üçün “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanunun 26-ci maddəsinə
  5. fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı 20 (iyirmi) min manatadək olan pul vəsaitləri (* hüquqi şəxslərin əmanətləri ümumiyyətlə sığortalanmir)

 

Digərlərinə nisbətən yüksək faizlə depozit qəbul edən bank daha çox risklidirmi ?

Ancaq faiz dərəcəsinə istinadən konkret fikir irəli sürmək doğru olmaz amma nəzərə alın ki, banklar əmanəti müştəridən ona görə qəbul edir ki, həm likvidliklə əlaqədar çətinlikləri həll etsin həm də dövr etdirib (kredit verib) əlavə gəlir əldə etsin. Banklar həmçinin kreditləşmə üçün milli valyutani Mərkəzi Bankdan uçot dərəcəsi (18.12.2020 tarixindən etibarən 6.25%) həddində illik faizlə də cəlb edə bilər. O zaman 12 % -lə milli valyutada depozit qəbul edən bankin digər göstəricilərinə daha diqqətlə baxmaq lazim olacaq.

Əmanət (depozit) müqaviləsi bağlanan zaman

  1. Əmanət müqaviləsi AR Mülki Məcəllənin tələblərindən kənar şərtlərlə bağlana bilməz, ziddiyət təşkil edən maddələr müqavilənin ləğvi üçün əsas ola bilər. Odur ki, məcəllənin 51-ci fəslini mütləq oxuyun.
  2. Fiziki şəxslərlə bağlanmış istənilən növ bank əmanəti müqaviləsinə görə bank əmanətçinin ilk tələbi ilə əmanətin məbləğinin ən azı dörddə bir hissəsini dərhal, qalan hissəsini isə ən geci beş bank günü müddətində verməlidir. Geri qaytarma şərtində bu nüansa diqqət edin.
  3. Əmanətin bitmə müddəti müqaviləyə əsasən Sizin tərəfinizdən qaytarılma tələbi olmadığı halda avtomatik uzaldıla bilər (bankın həmin günə olan faiz dərəcələri ilə). Əgər bu hal Sizi qane etmirsə avtomatik uzaldılmaya dair bəndin ləğvini tələb edin.
  4. Müqavilədə faiz dərəcəsi göstərilmədiyi halda gələcəkdə hesablaşmalar Mərkəzi Bankin uçot faiz dərəcəsinə uyğun nəzərə alinir.
  5. Əgər Sizin banka gəlməyə və ya əmanət hesabini digər üsullarla artırmağa vaxtınız yoxdursa üçüncü şəxslər tərəfindən əmanət hesabına pul vəsaitinin daxil edilə bilməsi maddəsini əlavə etdirə bilərsiniz.
  6. Əmanət qoyuluşu müqavilədən əlavə bank kitabçası ilə, bank və ya depozit sertifikatı ilə və ya bank tərəfindən əmanətçiyə verilmiş digər sənədlə də təsdiq edilməldir. Onları özünüzlə götürməyi və itirmədən saxlamağı unutmayin.

“Şər deməsən xeyir gəlməz” – sığorta hadisəsi (iştirakçı bankın məcburi ləğv edilməsi və ya müflis elan olunması) baş verəndə 

  1. Fond (ADİF) maliyyə bazarlarına nəzarət orqanından bildiriş aldıqdan sonra 7 gün ərzində kütləvi informasiya vasitələrində kompensasiyaların ödənilməsi yeri və vaxtı haqqında elan verir və bildiriş dərc etdirir.
  2. Fond həmin elanı və bildirişi bir həftə ara verməklə daha iki dəfə təkrar edir.
  3. Bildiriş ilk dərc edildiyi gündən əmanətçi bir il ərzində xüsusi hallarda maksimum 5 il ərzində Fonda ərizə (+ əmanət müqaviləsi, əmanət kitabçası və ya əvəz edicisi, şəxsiyyət vəsiqəsi) ilə müraciət etməlidir.
  4. Əmanətçiyə kompensasiya ərizənin verildiyi tarixdən etibarən 90 gün müddətində, müstəsna hallarda ən geci 180 gün ərzində ödənilir.

 

İstinad və əlavə məlumat üçün mənbələr

Son xəbərlər
Oxşar xəbərlər