Əmanətlərin Sığortalanması Fondu qanvermə aksiya keçirdi

Əmanətlərin Sığortlanması Fondunda  qarşıdan gələn “1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə hemofiliya və talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara könüllü və təmənnasız kömək məqsədilə qanvermə aksiyası baş tutmuşdur. 

Bildiyiniz kimi, hazırda Respublikamızda yüzlərlə qan xəstəliklərindən əziyyət çəkən uşaqların köməyə ehtiyacları vardır ki, onların həyatı kütləvi qanvermə aksiyalarından asılıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiq etdiyi “Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramına dəstək vermək, eyni zamanda hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara yardım edərək onlar üçün tədarük olunan qan ehtiyatını artırmaq məqsədi ilə Əmanətlərin Sığortalanması Fondunda könüllü olaraq bu tədbir həyata keçirilmişdir.  Fondun əməkdaşları yüksək həvəs nümayiş etdirərək qana ehtiyacı olan uşaqların köməyinə çatmaq üçün aksiyada fəal iştirak sərgiləmişlər. Əməkdaşlar ilk öncə ümumi qan analizi verdikdən sonra  tibbi müayinədən keçmiş və hər hansı bir infeksion xəstəliyə rast gəlinmədiyi təqdirdə qanverməyə qoşula bilmişlər. 

Aksiyada iştirak edən əməkdaşlar qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün könüllü qanvermənin xeyirxah və savab iş olduğunu vurğulayaraq, bu tipli aksiyalarda yaxından iştirak etməyin vətəndaşlıq borcu olduğunu bildirmişlər. 

Keçirilən sosial yönümlü aksiya mövcud pandemiya vəziyyəti ilə əlaqədar sosial izolyasiya qaydalarına uyğun, zəruri təhlükəsizlik tədbirlərinə riayət olunmaqla həyata keçirilmişdir. 

 


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.