33 C
Baku
Saturday, July 20, 2024

Əmanətlərin Sığortalanması Fondu “Günay Bank”ın kreditorlarına müraciət etdi

Əmanətlərin Sığortalanması Fondu ləğvedicisi olduğu “Günay Bank” ASC-nin kreditorlarına müraciər edib.

Banker.az xəbər verir ki, müraciətdə deyilir:

“Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2023-cü il tarixli, 2-3(103)-42/2023 nömrəli qərarı ilə “Günay Bank” müflis elan edilib və Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin olunub.

“Banklar haqqında” qanunun tələbləri nəzərə alınmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının mediada ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır. Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları təqdim etməlidirlər:

– kreditorun adı və ünvanı;

– tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri;

– tələbin təminatı olan girov (ipoteka) və ya qarantiya barəsində məlumat.

Kreditorlardan xahiş olunur ki, 18 iyul 2023-cü il tarixinə qədər tələblərinin qeydiyyata alınması üçün aşağıda qeyd olunan ünvana müraciət etsinlər:

“Günay Bank”ın Baş ofisi

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi, 45

Əlaqə: (+994) 941

Son xəbərlər
Digər xəbərlər