Əmanətlərin Sığortalanması Fondu məhkəməyə verildi – “Dəmir Bank”a görə

  •  
  •  
  •  
  •  

“Azərbaycan Çimərlik Voleybolu Assosiasiyası” İctimai Birliyi ləğv prosesində olan “Dəmirbank” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunu (ADIF) məhkəməyə verib.

Banker.az bildirir ki, birlik “Dəmirbank” ASC-nin kreditor reyestrində bankın kreditoru təsviyəçi Hümbətov Fəxrəddin Azad oğluna ötürülməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinə ərizə ilə müraciət edib.

Hazırda müraciətə Bakı Apellyasiya Məhkəməsində baxılır.

Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının 22 dekabr 2017-ci il tarixli qərarına əsasən, “DəmirBank” ASC-nin lisenziyası 23 dekabr 2017-ci ildən etibarən ləğv edilib.

Report


  •  
  •  
  •  
  •