16 C
Baku
Friday, April 19, 2024

Əmanətlərin Sığortalanması Fondu Tasarruf Mevduatı Sigorta Fonu ilə Anlaşma Memorandumu imzalayıb

Beynəlxalq əməkdaşlığa böyük önəm verən Əmanətlərin Sığortalanması Fondu, əmanətlərin qorunması mexanizminin təkmilləşdirilməsi, ölkəmizdə əmanətlərin sığortalanması sisteminin inkişafı istiqamətində aparıcı ölkələrin ən qabaqcıl təcrübələrini öyrənmək üçün beynəlxalq qurumlarla və bu ölkələrin müvafiq sahədə fəaliyyət göstərən orqanları ilə əməkdaşlıq edir və bu bağların daha da genişləndirilməsinə xüsusi diqqət ayırır.

Bu çərçivədə Azərbaycan qardaş Türkiyə ilə xüsusilə də maliyyə-bank sahəsi üzrə sıx əməkdaşlıq əlaqələri yaratmışdır.

Əməkdaşlığın dərinləşdirilməsi və prosesin intensivləşdirilməsi məqsədilə 9 may 2022-ci il tarixində Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Tural Piriyev Türkiyənin Tasarruf Mevduatı Sigorta Fonunun (TMSF) idarə heyətinin sədri – Fatin Rüştü Karakaş ilə İstanbul şəhərində Anlaşma Memorandumu imzalamışdır.

Anlaşma Memorandumunda ƏSF və TMSF arasında əmanətlərin sığortalanması sahəsində birgə beynəlxalq əməkdaşlığı təşviq etmək, eləcə də, bünövrəsi 1983-cü ildə qoyulan və 1994-cü ildə baş vermiş iqtisadi böhran nəticəsində səlahiyyətləri genişləndirilmiş (əmanətlərin sığortalanması ilə yanaşı, TMSF-ə bankların maliyyə vəziyyətinin gücləndirilməsi və zərurət yarandıqda onların restrukturizasiyası tapşırılmışdır) Tasarruf Mevduatı Sigorta Fonunun qabaqcıl təcrübəsindən yararlanaraq, ƏSF-nin ləğvetməsində olan bankların ləğv prosesini çevik və sürətli şəkildə başa çatdırılması prosesini təkmilləşdirmək, ölkəmizdə əmanətlərin sığortalanması sisteminin inkişafını gücləndirmək və maliyyə savadlılığını artırmaq məqsədi başlıca məna kəsb edir.

Qeyd edək ki, Memorandum çərçivəsində əsas əməkdaşlıq istiqamətləri və hədəfləri, əmanətlərin sığortalanması sisteminin inkişafına müsbət töhfəsi, ƏSF TMSF-nin qabaqcıl təcrübəsindən yararlanmaqla, bankların ləğv prosesinin optimallaşdırılmasını həyata keçirmək məqsədilə Fondun potensiallı insan resurslarının təcrübi və nəzəri biliklərinin artırılmasına dəstəyin göstərilməsini, aktivlərin idarəedilməsi prosesinin səmərəliliyinin artırılmasını və kompensasiyaların ödənilməsinin sürətləndirilməsini təmin etməkdir.

Ələlxüsus da, təcrübə mübadiləsi çərçivəsində, ƏSF-nin Maliyyə, Arxiv, Risk, habelə Beynəlxalq və ictimaiyyətlə əlaqələr üzrə struktur bölmələrinin əməkdaşları bu gündən etibarən 13 may tarixinədək TMSF-nin təcrübəli kadrları və təlimçiləri tərəfindən həyata keçirilən təlimlərə qoşulacaq.

Xatırladaq ki, bu yaxınlarda ƏSF Dünya Bankı ilə Maliyyə Sektorunun Qiymətləndirilməsi Proqramı (FSAP) çərçivəsində rəsmi görüş keçirib. Görüş zamanı, Dünya Bankı ilə ƏSF-nin fəaliyyət istiqamətləri və inkişaf perspektivləri haqqında ətraflı müzakirələr aparılmışdır. Əmanətlərin qorunması mexanizminin təkmilləşdirilməsi, indiki dövrün çağırışı olan rəqəmsəllaşma yolunda ƏSF tərəfindən elektron auksion platformasının və kreditorlar üçün yeni xüsusi portalın yaradılması istiqamətin düzgün və çevik şəkildə seçilməsinin nümunəsidir.

5U0A9893 5U0A9906 5U0A9899 5U0A9829

Son xəbərlər
Digər xəbərlər