®Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının qərarına əsasən 25 oktyabr 2007-ci il tarixdə 35 nömrəli reyestr nömrəsi ilə Fonda üzv olan “Günay Bank” ASC “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 22.3.1-ci maddəsinə uyğun olaraq Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılıb və banka verilmiş şəhadətnamə ləğv edilib.
Bildiyiniz kimi, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 16 may 2023-cü il tarixli Qərarı ilə məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından az olduğuna, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olmasına, habelə cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə görə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.6-cı, 16.1.7-ci, 16.1.9-cu və 61.1-ci maddələrinə əsasən “Günay Bank” ASC-nın lisenziyası 17 may 2023-cü il tarixindən etibarən ləğv edilib və Bakı Apellyasiya Məhkəməsinin 18 may 2023-cü il tarixli 2-3(103)-42/2023 saylı qərarı ilə “Günay Bank” ASC müflis elan edilib və barəsində iflas proseduruna başlanıb.
Əmanətlərin Sığortalanması Fondu “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinə əsasən iştirakçı bankların 24 may 2023-cü il tarixinə olan reyestrini ictimaiyyətin diqqətinə çatdırır:
| Reyestrə daxil olma tarixi | Bankın adı | |
| 1 | 30.07.07 | ASC “XALQ”Bankı | 
| 2 | 30.07.07 | “Azərbaycan Beynəlxalq Bankı”ASC | 
| 3 | 30.07.07 | “ACCESSBANK” QSC | 
| 4 | 30.07.07 | Melli İran Bankı Bakı filialı | 
| 5 | 30.07.07 | “Azər-Türk Bank” ASC | 
| 6 | 30.07.07 | “Bank of Baku” ASC | 
| 7 | 30.07.07 | “Bank Respublika” ASC | 
| 8 | 30.07.07 | “Kapital Bank” ASC | 
| 9 | 30.07.07 | “Muğanbank” ASC | 
| 10 | 30.07.07 | “YELO BANK” ASC | 
| 11 | 30.07.07 | “Rabitəbank” ASC | 
| 12 | 30.07.07 | “TURANBANK” ASC | 
| 13 | 30.07.07 | “UNİBANK” KB ASC | 
| 14 | 30.07.07 | Yapı Kredi Bank Azərbaycan QSC | 
| 15 | 07.08.07 | “Expressbank”ASC | 
| 16 | 10.09.07 | “Azərbaycan Sənaye Bankı” ASC | 
| 17 | 04.12.07 | “Bank Avrasiya” ASC | 
| 18 | 04.12.07 | “Paşa Bank” ASC | 
| 19 | 29.08.08 | “Naxçıvanbank” ASC | 
| 20 | 16.01.09 | “AFB BANK”ASC | 
| 21 | 26.02.09 | BANK VTB (AZƏRBAYCAN) ASC | 
| 22 | 28.04.09 | PREMIUM BANK ASC | 
| 23 | 15.04.10 | Bank “BTB” ASC | 
| 24 | 15.05.15 | “Ziraat Bank Azərbaycan” ASC | 


 
                                    




