Əmanətlərin Sığortalanması Fondunda yeni təyinat

Əmanətlərin Sığortalanması Fondunda yeni təyinat olub. Cəlal Rayi Əmanətlərin Sığortalanması Fondunun Risklərin idarə edilməsi və investisiya departamentinin direktoru vəzifəsinə təyin edilmişdir. 

Banker.az bu barədə quruma istinadən xəbər verir.

Cəlal Rayi 2005 – 2009 – cu illərdə Hindistanın Bangalore Universitetinin biznesin idarə olunması ixtisasını bakalavar dərəcəsi üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 2015 – 2017 – ci illərdə isə ADA Universitetində və Hollandiyanın Magistr İdarəetmə Məktəbində biznesin idarə olunması ixtisası üzrə xüsusi magistr dərəcəsini bitirmişdir. Əlavə olaraq, C.Rayi 2018 – ci ildə dünyaca məşhur Qlobal Risk Peşəkarları Birliyi İnstitunun maliyyə riskinin idarə edilməsi ixtisası üzrə sertifikatına sahib olmuşdur. 

Cəlal Rayi 2012 – ci ildən bu günədək həm özəl həm də dövlət təşkilatlarında peşəkar mütəxəssis kimi çalışmışdır. C.Rayi son təyinata qədər isə “XalqBank” ASC-nin Risklərin idarə edilməsi departamentində mütəxəssis kimi fəaliyyət göstərmişdir. 


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.