18 C
Baku
Bazar ertəsi, Oktyabr 25, 2021

Əmanətlərin sığortalanmasına dair dəyişiklik — sabah müzakirəyə çıxarılır

Sabah (19 may) “Əmanətlərin sığortalanması haqqında” qanundakı dəyişiklik Milli Məclisin ilk oxunuşunda müzakirəyə çıxarılır.

Bu barədə Banker.az Milli Məclisdən əldə etdiyi məlumata istinadən xəbər verir.

Dəyişikliyə əsasən, həmin qanun 19-cu maddəsində (Fondun uçot və hesabatı) bu dəyişiklər olacaq:

  • 4-cü maddədə “Azərbaycan Respublikasının Prezidentinə” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma)” sözləri ilə əvəz edilsin.
  • 5-ci maddə aşağıdakı redaksiyada verilsin:
  • İllik hesabata aşağıdakılar daxildir:
  • 5.1. Fondun illik maliyyə hesabatları;
  • 5.2. iştirakçı bankların reyestri.

AÇIQLAMASI: Azərbaycan Əmanətlərin Sığortalanması Fondu bundan sonra illik hesabatı Prezidentə deyil, “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma)” təqdim ediləcək.

19.6-cı maddədə “mühasibat balansı, pul vəsaitlərinin hərəkəti, vəsaitlərin idarə edilməsindən əldə olunan gəlirlər (zərərlər) barədə hesabatların” sözləri “maliyyə hesabatlarının” sözləri ilə əvəz edilsin.

(Əvvəl – Fondun illik mühasibat balansı, pul vəsaitlərinin hərəkəti, vəsaitlərin idarə edilməsindən əldə olunan gəlirlər (zərərlər) barədə hesabatların mötəbərliyi kənar auditor tərəfindən təsdiq edilir)

Son xəbərlər
Oxşar xəbərlər