Əmanətlərin sığortalanmasının iqtisadi faydaları

0

“Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə layihə Milli Məclisə təqdim olunub. Layihəyə əsasən, əmanətlərin tam sığortalanması 2020-ci ilin mart ayının 4-nə qədər uzadılacaq.

​​İqtisadçı ekspert Samir Əliyevin sözlərinə görə, qanunun müddəti uzadılmasa idi, əvvəlki “Əmanətlərin sığortalanması haqqında” Qanun yenidən işləyəcəkdi və belə olan halda, bağlanacaq bankdan alınacaq kompensasiyanın həcmi 30 min manatdan çox olmayacaqdı: “Bunun üçün əmanətçinin bir bank üzrə əmanətlərinin həcmi illik faizlə birgə 30 min manatı ötməməlidir. Belə vəziyyətdə xarici valyuta, o cümlədən dollar əmanətçiləri üçün bu limit ümumiyyətlə sərf etmirdi. Çünki sığorta hadisəsi baş verəcəyi təqdirdə, onların alacağı kompensasiyanın maksimum həcmi təxminən 17.647 dollar təşkil edəcəkdi”.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

İqtisadçının fikrincə, əmanətlərin tam sığortalanması barədə qanunun müddətinin uzadılması zəruri idi. Çünki bankların bağlanması riski hələ də tam aradan qalxmayıb və əmanətçilərin proseslərə həssaslığı qalmaqdadır: “Sığortalanma şərtləri dəyişməlidir. Çünki banklarda izafi likvidlik yaranıb. Yüksək faizlə əmanətləri cəlb ediblər, ancaq həmin vəsaitləri, o cümlədən digər mənbələrdən cəlb edilmiş depozitləri kreditləşməyə yönəltməkdə çətinlik çəkirlər. Ona görə də əsas diqqət resursların ucuzlaşdırılmasına yönəldilməlidir. Bunun yollarından biri sığortalanan əmanətlərin illik faiz dərəcəsinin aşağı salınmasıdır.

İlk növbədə manat üzrə sığortalanan əmanətlərin illik faiz dərəcəsinin yuxarı həddi 15 faiz saxlanılmaqla aşağı həddi 10 faizə endirilməlidir. Sığortalanan əmanətlərə görə banklardan yığılan sığorta haqqının hazırkı səviyyəsi (qorunan əmanətlərin rüb ərzində orta günlük qalıq məbləğinin 0,125 faizi) illik faiz dərəcəsi 10 faiz olan əmanətlərə şamil edilməlidir. Qorunan əmanətlərin illik faiz dərəcəsi artdıqca sığorta haqları da ona uyğun artırılmalıdır. İllik faiz dərəcəsi 15 faizdən yüksək faizlə cəlb edilən əmanətlər isə sığortalanmamalıdır. Bu addım bir tərəfdən əmanət bazarında illik faiz dərəcələrinin azalmasını təmin edəcək, digər tərəfdən bankları yüksək faizlə əmanət cəlb etmək niyyətindən çəkindirəcək”.

S.Əliyevin sözlərinə görə, bankların zərərli aktivləri tam sağlamlaşdırılana qədər əmanətlərin tam sığortalanma sistemi saxlanılmalıdır. Bundan başqa, gələcəkdə təkcə fiziki şəxslərin yox, həmçinin hüquqi şəxslərin əmanətlərinin sığortalanması məsələsinə də baxılmalıdır.