Banklardakı əmanətlərin tam sığortalanması müddəti uzadılması barəsində “ARB” kanalına İqtisadçı Elçin Rəşadov və sığorta eksperti Xəyal Məmmədxanlı müsahibə verib.
Xəbər verdiyimiz ki, sabah Parlamentin növbəti iclası keçiriləcək və iclasda Əmanətlərin tam sığortalanması barəsində qanun layihəsi müzakirəyə çıxarılacaq.
Xəyal Məmmədxanlı bildirdi ki, əgər batmaq üzərində olan banklardan birində martın 4-dən hər hansı bir sığorta hadisəsi baş verməzsə, mart ayının 4-dən sonra əmanətlərin qaytarılmasında ciddi problem ola bilər. Sığorta hadisəsi yəni bankın müflisləşməsi, öhdəliklərini yerinə yetirə bilməməsi və s. bunlar baş vermədi. Əgər sığorta hadisəsi baş versəydi, o zaman əmanətlərin qaytarılmasında ciddi problem olardı. Bunun qarşısının alınması üçün Mərkəzi Bank təşəbbüslə çıxış etdi və yeni Parlamentdə baxılacaq. O, həmçinin qeyd edir ki, Niyə dekabrın 4-dək uzaldılıb, əgər uzaldılsa, biz mart ayından dekabr ayınadək yenə də əmanətlərin qoyulmasının yox, əmanətlərin çıxarılmasının şahidi olacıq.
İqtisadçı Elçin Rəşadov isə qeyd etdi ki, devalvasiyadan sonra əhalinin banklara əmanət qoymağa inamı azaldı. Nə etməkdən çox, necə etmək vacibdir. Keçən il də martın 4-dək uzatdılar, indi də dekabr ayının 4-dək 9 aylıq uzaldılması nəzərdə tutulur. Əmanətlərə uzun müddətli baxmaq lazımdır, əgər əhaliyə arxayınlıq vermək niyyəti varsa, uzun müddətli vermək lazımdır. Əksər banklar bir ildən aşağı əmanət qəbul etmirlər. Ona görə vaxtı 9 aylıq uzatmaq həmin effekti verməyəcək. Əhali banklara uzun müddətli əmanət qoymağa marağı olmalıdır ki, banklarda uzun müddətli əmanət cəlb etdikdə öz vəsaitlərindən səmərəli istifadə etmiş olsunlar. Bank yalnız qısa müddətli əmanət cəlb edirsə, demək ki, o bank risk altındadır. Sabah əhali arasında ajotaj, devalvasiya təhlükəsi söhbəti gəzərsə, banklar, bank sektoru likvidliklə qarşılaşacaq. Ona görə düşünürəm ki, 9 aylıq uzaldılması düzgün deyil.
“Hər hansı bankın rəhbəri bankın pulunu sovurursa, dağıdırsa, pulu götrüb qaçırsa və dolayısı ilə bank müflis olursa, niyə dövlət cavabdeh olmalıdır. Buna görə də bir az mexanizmin dəyişməldir, bankın özünün idarə etməsinə, öz vəsaitlərindən, əmanətçilərin vəsaitlərindən necə istifadə edir təkmilləşdirilməlidir. Mən həmişə deyirdim: “Banklar bilə-bilə özlərini təhlükəyə atırlar.” Bank demək olar ki, 80%-i exchange kimi fəaliyyət göstərirlər, dünyada olan bankların yalnız 3-5%-ni icra edirlər ya etmirlər. Ona görə də bankların riski yaranır.” – deyə Xəyal Məmmədxanlı çıxış edərək bildirdi.