Əmanətlərin tam sığortalanmasının ləğvinə az qaldı – ₼100 minin ₼30 mini qaytarılacaq

3 aydan sonra əmanətlərin tam sığortalanması ləğv ediləcək. Parlamentin buraxılması fonunda uzadılma ehtimalı aşağıdır.

Azərbaycanda 4 mart 2016-cı il tarixdən 3 il müddətinə əmanətlərin tam sığortalanması sistemi mövcuddur. Ötən il bu sistemin müddəti 1 il də uzadıldı, yəni 2020-cilin 4 martınadək. Bu sistemə əsasən fiziki şəxslərin əmanətləri tam məbləğdə sığortalıdır, bu şərtlə ki, milli valyutadakı əmanətin illik faiz dərəcəsi 10%-dən, xarici valyutadakı əmanətin illik faiz dərəcəsi isə 2,5%-dən çox deyil.

4 mart 2020-ci il tarixdən sonra əmanətlərin sığortalanması necə həyata keçiriləcək? “Əmanətlərin tam sığortalanması haqqında” Qanunun 5.2-ci maddəsinə əsasən 4 mart 2020-cu il tarixdən sonra bağlanmış hər bir bankda sığortalanmış əmanət yalnız 30 000 manatdan çox olmamaq şərti ilə kompensasiya ediləcək. Bununla bağlı bank işi üzrə ekspert-hüquqşünas Əkrəm Həsənov danışıb.

Misal. Tutaq ki, vətəndaş 2019-cu ilin 1 avqust tarixində banka 1 il müddətinə 100 000 manat məbləğində illik 10%-lə əmanət qoyub. Qüvvədə olan qaydaya görə əmanət tam sığortalıdır. Yəni bank 4 mart 2020-ci il tarixədək bağlansa, əmanət tam kompensasiya ediləcək. Lakin bank 4 mart 2020-ci ildən sonra bağlansa, əmanətçiyə yalnız 30 000 manat kompensasiya ediləcək.

Qanunun müddəti yenə uzadılacaqmı? Ehtimal aşağıdır. Çünki parlament buraxılmaq üzrədir. Milli Məclisin yeni tərkibi yəqin ki, 4 martdan sonra ilk iclasına toplaşacaq.

Bəs bu vəziyyətdə işdən halı olan əmanətçilər nə edə bilər?

1) Bankda yalnız 30 000 manat həddində əmanət saxlaya bilərlər. Yəni artıq məbləği çıxara bilərlər. Bu məntiqlə əmanətlərinin məbləğini bölüşdürə də bilərlər. Yəni elə edə bilərlər ki, bir nəfərin adına bir bankda 30 000 manatdan çox pul qalmasın. Bunun üçün ya əmanəti bir neçə bank arasında bölə (hər bankda maksimum 30 000 manat), ya da bir bankda qohumları arasında bölə (hər qohumun adına maksimum 30 000 manat) bilərlər.

2) Əmanətlərini (məbləğindən asılı olmayaraq) daha etibarlı, yəni zənnlərinə görə bağlanma ehtimalı olmayan banklarda saxlaya bilərlər. Amma həmin banklarda əmanətlər üzrə faiz dərəcələri nisbətən aşağıdır.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar24 saat işləyən exchangelərŞənbə günü işləyən bank filialları