Əmanətlərin tam sığortalanmasının müddəti uzadıldı

“Əmanətlərin tam sığortalanması haqqında” qanun layihəsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Banker.az xəbər verir ki, qanun layihəsi barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verib.

Komitə sədri bildirib ki, “Əmanətlərin tam sığortalanması haqqında” qanun 2016-cı il martın 4-dən qüvvəyə minib və bu il martın 4-də qüvvədə olma müddəti başa çatıb: “Prezident İlham Əliyevin imzası ilə daxil olan yeni sənəddə əmanətlərin tam sığortalanması müddətinin bu il dekabrın 4-dək uzadılması nəzərdə tutulur”.

Sənəd müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar24 saat işləyən exchangelərŞənbə günü işləyən bank filialları