3 C
Baku
Saturday, February 24, 2024

Əmirlikdə işsizlərə müavinət ödənilməyəcək

Əbu-Dabi Əmirliyinin hökuməti işsizləri iş axtarmağa sövq etmək məqsədilə onlara ödənilən müavinətləri ləğv etmək niyyətindədir.

Banker.az bildirir ki, İctimai İnkişaf Departamentinin rəhbəri Mügir əl-Xeyli iş təklifindən 3 dəfə imtina edən iş qabiliyyətli şəxslərin işsizlik müavinəti almaq haqqından məhrum ediləcəyini açıqlayıb.

“Biz iş qabiliyyətli olanları müavinət ümidinə qoymamalı, onlara iş tapmalıyıq”, – deyə departament rəhbəri vurğulayıb.

Hazırda işsiz və nikahsız sakinlər üçün müavinətin minimum həddi 6 min BƏƏ dirhəmi, yəni, təqribən, 1600 ABŞ dollarıdır. Evli və övlad sahibi olanlar üçün müavinətin məbləği daha yüksəkdir.

Əbu-Dabi Əmirliyində yerli əhali üçün minimum maaş həddi 10 min dirhəm, yaxud 2700 ABŞ dollarıdır

©Reporot

Son xəbərlər
Digər xəbərlər