28 C
Baku
Saturday, July 27, 2024

“Əmlak kalkulyatoru”ndan necə istifadə etmək olar?

Əmlak kalkulyatoru xidməti nədir və vətəndaş ondan necə istifadə edə bilər?

Banker.az “valyuta.az”a istinadən xəbər verir ki, əmlak kalkulyatoru vasitəsiylə vətəndaşlar daşınmaz əmlak üzərindən hüquqların  qeydiyyatı və daşınmaz əmlakın texniki inventarlaşdırması ilə bağlı xidmətlərdən istifadə zamanı ödəyəcəyi dövlət rüsumunu və xidmət haqqını qabaqcadan öyrənirlər. Dövlət rüsumu və xidmət haqqının dəqiq hesablanması üçün ərizəçilər tərəfindən məlumatlar düzgün daxil edilməlidir. Xidmətdən istifadə üçün e-emlak.gov.az portalına daxil olub, əmlak kalkulyatoru başlığını seçmək lazımdır.

Bundan sonra müraciət edilən xidmət pəncərəsi aktivləşir. Buradan zəruri məlumatları, məsələn, ərizənin məqdəsi, daşınmaz əmlakın növü, daşınmaz əmlakın ünvanı, ərizənin surətləndirilməsi vəs. daxil edir. Bu məlumatlar əsasında dövlət rüsumu və xidmət haqqının məbləği barədə məlumat kalkulyatorda öz əksini tapır.

Son xəbərlər
Digər xəbərlər