26 C
Baku
Saturday, July 27, 2024

Əmlak Məsələləri Dövlət Xidməti 10 ayda büdcəyə 95 milyon manat vəsait köçürüb

Bu ilin yanvar-oktyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) dövlət büdcəsinə 94,6 milyon manat vəsait köçürüb.

Banker.az bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, 10 aylıq ödənişin 73,3 milyon manatı özəlləşdirmə, 21,3 milyon manatı isə icarə hesabına təmin edilib.

Hesabat dövründə Dövlət Xidməti 53 özəlləşdirmə hərracı keçirib. Həmin hərraclarda 14 səhmdar cəmiyyətinin səhm paketi, 13 kiçik dövlət müəssisəsi, 2 yarımçıq tikili, 473 nəqliyyat vasitəsi özəlləşdirilib. Hərraca çıxarılmış dövlət əmlakları üzrə 352 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron hərrac” proqram təminatı vasitəsilə 94 onlayn qoşulma reallaşıb. Bundan başqa, 24 faydalı qazıntı yatağı sahibkarların istifadəsinə verilib.

Ötən 10 ayda 3 340 yeni icarə müqaviləsi bağlanılıb. İcarə müqavilələrindən 705-i qeyri-yaşayış, 2 635-i isə torpaq sahələrinə aid olub.

Son xəbərlər
Digər xəbərlər