“İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi” MMC ilə “AistGroup” MMC ilə müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə Əmlak Məsələləri Dövlət Xidməti üçün İKT avadanlıqlarının satın alınması nəzərdə tutulur.
Müqavilənin ümumi məbləği isə 727 499 manatdır.
Qeyd edək ki, “AistGroup” MMC 2011-ci ildə dövlət qeydiyyatına alınıb. Bu şirkətin nizamnamə kapitalı 10 000 manatdır və qanuni təmsilçisi Fərid Əlizadədir.