Əmlak Məsələləri Dövlət Xidmətinə məxsus şirkətin direktoru vəzifəsindən azad edilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə məxsus “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC-nin direktoru Fərid Cəfərov vəzifəsindən azad edilib.

Hazırda şirkətə onun müavini Natiq Məlikov rəhbərlik edir.

F.Cəfərova isə xidmətin aparatında yeni vəzifə verildiyi bildirilir.

Xatırladaq ki, “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” 2009-cu ildə yaradılıb.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.