Əmlakını “Carlsberg”ə icarəyə verən Azərbaycanın zavodu ötən il də mənfəət etdi

Azərbaycanda Danimarka pivə brendi “Carlsberg”ə (törəmə şirkəti isə “Carlsberg Azerbaijan” MMC) əmlakını icarəyə verən “Bakı-Pivə” ASC 2020-ci ildə xalis mənfəəti 459 min manatı ötüb.

Bu barədə “Bakı-Pivə” Açıq Səhmdar Cəmiyyətini 2020-ci il üzrə audit hesabatına istinadla xəbər verir.

“Bakı-Pivə” ötən il “Carlsberg Azerbaijan”a əmlakının icarəsindən 489 min manat gəlir əldə edib. Artıq bir neçə ildir ki bu rəqəmlə Danimarka pivə brendindən icarə haqqı alır.

Bundan əlavə 149 min manat əlavə sair əməliyyatlardan gəlir əldə edib. Bu da əmlak sahibi “Bakı-Pivə”nin 637 min manat ümumi əməliyyat mənfəəti əldə etməsinə gətirib çıxarıb ki, öncəki ili 17% üstələməsi deməkdir.

Pivə zavodu cəmi 138 min manat əməliyyat xərci edib.

Qeyd edək ki, “Bakı-Pivə” 2019-cu ildə 317 min manat xalis mənfəət əldə etmişdi.

Bu xalis mənfəətlərin ardından “Bakı-Pivə”nin balansında olan yığılmış zərərin həcmi 610 min manatdan 150 min manata qədər azalmışdır.

Keçmiş Xırdalan Pivə Zavodu olan “Bakı-Pivə” ASC-nin əmlakı “Carlsberg Azerbaijan” MMC-nin ( əvvəlki “Baltika Bakı” MMC) icarəsindədir. “Carlsberg Azerbaijan” şirkəti mənzil-qərargahı Danimarkanın paytaxtı  Kopenhagen şəhərində yerləşən “Carlsberg Group”a məxsusdur. “Bakı Pivə” ASC-nin də səhm nəzarət paketi “Carlsberg Group” şirkətinə məxsusdur. Pivə istehsalı və satışı ilə “Carlsberg Azerbaijan” şirkəti məşğul olur. Bu səbəbdən gəlirin böyük hissəsi bu şirkət tərəfindən götürülür. “Carlsberg Azerbaijan” və “Bakı-Pivə”yə eyni şəxs – Viacheslav Maltsev rəhbərlik edir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.